Marant yalançı örtük

Notholaena maranthae (L.) Desv. (Cheilanthes marantae (L.) Domin)

Hündürlüyü 6-60 sm olan çoxillik bitkidir. Kökümsovu üfüqi yerləşmişdir, budaqlanmışdır, yumşaq qəhvəyi nazik təbəqə ilə sıx örtülüdür [1].

Yarpaq:[redaktə | mənbəni redaktə et]

Yarpaq ayası görünüşünə görə neştərvari, ikiqat-lələkvari kəsilmiş, üst tərəfdən yaşıl, alt tərəfdən ensiz-neştərvari, sivri, qəhvəyi təbəqəlidir; ikinci cərgənin seqmentləri uzunsov, küt, tamkənarlıdır. Yarpaq saplağı uzun, tündqırmızı rəngdədir, qismən sıx qəhvəyiyə çalan nazik dəriciklə örtülmüşdür.

Spor:[redaktə | mənbəni redaktə et]

Sporları qonur rənglidir, küt iynəlidir.

Sporlaması:[redaktə | mənbəni redaktə et]

İyul-Sentyabr

Azərbaycanda yayılması:[redaktə | mənbəni redaktə et]

Qobustan, BQ şərq, Kür düz., KQ mərkəzi, KQ cənub. Aşağı dağ qurşağından orta dağ qurşağına qədər.

Yaşayış mühiti:[redaktə | mənbəni redaktə et]

Quru daşlı-qayalı yamaclarda, kolluqlarların daşlı yerlərində, qaya yarıqlarında rast gəlinir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016