Marek Tsalka

Marek Yanuş Tsalka (pol. Marek Janusz Całka; 2 yanvar 1966, Varşava) — Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2015–2019)[1]; Polşanın Koreyadakı sabiq fövqəladə və səlahiyyətli səfiri (2007–2011).

Marek Tsalka
pol. Marek Całka
bayraq
Polşa Respublikasının Seuldakı Səfirliyinin Polşa Respublikasının Səlahiyyətli və Fövqəladə Səfiri
bayraq2
2007 – 2011
ƏvvəlkiAndrzej Derlatka
SonrakıKrzysztof Majka
bayraq
Polşa Respublikasının Azərbaycandakı Səfirliyinin Polşa Respublikasının Səlahiyyətli və Fövqəladə Səfiri
bayraq2
2015 – 2019
ƏvvəlkiMixael Labenda
SonrakıRafal Poborski
Şəxsi məlumatlar
Doğum tarixi (58 yaş)
Doğum yeri Varşava, Polşa
Təhsili Varşava Universiteti
Fəaliyyəti diplomat

2 yanvar 1966-cı ildə Varşavada anadan olmuşdur.

1991-ci ildə Varşava Universitetini Tarix fakültəsi üzrə magistr kimi bitirmişdir.

İş təcrübəsi

[redaktə | mənbəni redaktə et]

1992 – 1993-cü illərdə — Polşa Şərq Araşdırmalar Mərkəzinin baş mütəxəssisi

1993 – 1996-cı illərdə — Polşa Xarici İşlər Nazirliyinin eksperti

1999 – 2000-ci illərdə — Polşa Respublikasının Budapeştdəki Səfirliyinin müşaviri

2000 – 2003-cü illərdə — Polşa Respublikasının Moskvadakı Səfirliyinin müşaviri

2007 – 2011-ci illərdə — Polşa Respublikasının Seuldakı Səfirliyinin Polşa Respublikasının Səlahiyyətli və Fövqəladə Səfiri

2011 – 2015-ci illərdə — Polşa Xarici İşlər Nazirliyinin Şərq Departamentinin Direktor müavini

02.2015 – 2019-cu illərdə — Polşa Respublikasının Azərbaycandakı Səfirliyinin Polşa Respublikasının Səlahiyyətli və Fövqəladə Səfiri

Ailəlidir, 1 uşağı var.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]