Marina Bay (Marina Bay) — Sinqapur şəhərinin cənub hissəsində yerləşən dəniz körfəzi. Bu bölgə şəhərin işgüzar ərazisi hesab olunur. Məhz körfəz boyu şəhərin ən gözəl hissəsi yerləşir. Sinqapurun bütün dünyaca məşhur binaları, restoranları və istirahət mərkəzləri Marina Bayda yerləşir. Marina Bay dörd əsas hissədən ibarətdir: Mərkəzi, Şərq, Cənub və Straits View..[1]
Marina Bay | |
---|---|
çin. 滨海湾, malay Teluk Marina, tam. மரீனா பே | |
| |
Ümumi məlumatlar | |
Tip | körfəz |
Tökülən çay | Sinqapur |
Yerləşməsi | |
1°17′04″ şm. e. 103°51′21″ ş. u.HGYO | |
Ölkə | Sinqapur |
Akvatoriyası |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Marina Bay körfəzi bir neçə çayın(kanal) mənsəbində formalaşıb — Kallanq, Sinqapur, Roçor və Cilanq. Ərazinin tikintisinə 1969–70-ci illərdə başlanılıb. Bölgədə geniş meliorativ işlər görülmüş və 360 hektar ərazidə çoxlu arxitektur inciləri tikilmişdir. Müasir dövrdə Marina Bay körfəzi sutka boyu fəaliyyət göstərən şəhər ərazisidir. Burada insanlar yaşayır, işləyir və istirahət edirlər.[2][3][4]
Körfəz ərazisi 2008-ci ildə tikilən Marina Barrage bəndindən sonra dənizlə bir başa əlaqəsini itirmiş və Sinqapurun ən böyük su anbarlarından biri olan Marina Reservoirin bir hissəsinə çevrilmişdir. Bu su anbarı şəhərin içməli suya olan təlabatının 10%-ni verir. Anbara su əsasən yağış suları vasitəsi ilə toplanır.
Sinqapur hökuməti Marina Bay körfəzinin 3,5 km olan sahil zolağının bərpası üçün 35 mln. dollar pul xərcləmiş.[5]. Bu sahil zolaqda ölkənin görməli yerlərindən Marina Centre , Collyer Quay və Beyfront körpüsü yerləşir. Sahildə yenidən qurma işləri 2010-cu ildə başa çatmişdır.
Körfəzin panoramasını bütünlüklə görmək üçün Marina Bay Sands otelinin damında yerləşən Marina Bay Sands SkyPark istirahət-əyləncə mərkəzinə çıxmaq gərək.[6] Daha gözəl görüntü isə Sinqapur tamaşa çarxından görsənir.
Formula 1 üzrə ilk Qran Pri Sinqapur yarışması 2008-ci il 28 sentyabrında Barına Bay körfəzi üzərindən keçən yolda həyata keçirilib.[7] Həmçinin bu Qran Pri tarixdə ilk gecə vaxtı həyata keçirilən yarışma olub. Körfəzdə yerləşən üzən meydançada 2010 Yeniyetmələrin Yay Olimpiya Oyunlarının açılış mərasimi həayat keçirilib.
Marina Bayda hər il rəssamlıq üzrə Asiya festivalıda keçirilir.
Müstəqillik günü: Dirçəliş filmində Marina Bayın yad planetlilərin gəmisi tərəfindən dağıdılması səhnəsi yer alır.