Marinduke

Marinduke (taqal Lalawigan ng Marinduque) — Filippinin MİMAROPA regionuna daxil olan eyni adlı adada yerləşən vilayət. Vilayətin ərazisinin böyük hissəsini Marinduke adası təşkil etsə də ətrafında yerləşən bir necə kiçik ada vilayətin ərazisini təşkil edir. Marinduke adası Tayabas körfəzi ilə Sibuyan dənizi arasında yerləşir. Yaxınlığında Keson, Romblom, Şərqi Mindoro vilayətləri yerləşir.

Marinduke adası
taqal Lalawigan ng Marinduque
Ümumi məlumatlar
Sahəsi
  • 952,58 km²
Hündür nöqtəsi 1157 m
Əhalisi 227 828 nəfər (2010-cu il)
Yerləşməsi
13°24′05″ şm. e. 121°58′01″ ş. u.HGYO
Ölkə  Filippin
Akvatoriya
Marinduke adası xəritədə
Marinduke adası
Marinduke adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vilayətin inzibati mərkəzi Boak şəhəridir.

Marinduke adasının şimal sahillərini Tayabas körfəzi, cənubdan isə Sibyan dənizi yuyur. Şimal-şərqində yerləşən Mompoq boğazı adanı Luzon adasının Bondok yarımadasından ayırır. Vilayətin tərkibinə həm də Maniuayan, Santa-Krus və Mompoq adaları daxildir. Vilayətdə və ada ərazisində ən hündür nöqtə Malindiq dağıdır. Dağın hündürlüyü dəniz səviyyəsindən 1157 metr yüksəklikdə yerləşir.

İqlimi Filippinin digər adaları kimi subekvatorialdır. İl iki mövsümə bölünür quru mövsüm noyabrdan fevrala, rütübətli mövsüm isə iyundan oktyabra qədər davam edir[1].

Adanın adının yaranmasında müxtəlif fərziyələr vardır. Onlardan birində deyilir ki, iki sevgili olur. Onlar dənizə çıxırlar. Ancaq qızın atası qəbilə başçısı olur. O, bu birliyin əlenə çıxır. Qızın adı Marina, oğlanın adı isə Qarduke olur. Dənizdə onlar boğularaq ölürlər. Onların cəsədindən ada əmələ gəlir. Digər fərziyədə isə yenədə qızın adı Marina olur. O, Duke ilə evləndikdən sonra adanın adı Marinduke olur. Digər versiya isə adada olan vulkanın adı ilə əlaqədardır. İspanlar adaya gəldikdən sonra Malindiq adı Marindukeyə çevrilərək qətiləşmişdir. İspan ağalığı dönəmində ada Balayan vilayəti ərazisinə daxil olmuşdur. XVII əsrdın isə Mindoro vilayətinə daxil edilir.

Filippin-Amerikan müharibəsi zamanı ilk amerikan bazası burada yerləşdirilir.,Pulanq Lupa döyüşündən sonra amerikanlar geri oturdulmuşlar.

1902-ci ildə Mindoro vilayətinin işğalı ilə əlaqədar ada Tayabas vilayətinə birləşdirilmişdir. 1920-ci ildə Marinduke müstəqil vilayət elan edilir. 1942—1945 yapon işğalına Marindukedə baş verən döyüşdən sonra son qoyulmuşdur.

Marindukenin əhalisi olduqca qonanpərvərdir. Buraya gələn qonaqları xüsusi ritualla qarşılayırlar. Ada əhalisi Taqallardır. Doğma dilləridə taqal dilidir[2].

İnzibati bölgü

[redaktə | mənbəni redaktə et]

Vilayət ərazisinə 6 rayon daxildir:

  • Boak
  • Santa-Krus
  • Toriixos
  • Moqpoq
  • Buenavista
  • Qasan

Marinduke aqrar rşvilayətdir. Əsasən düyü və kakos qozu yetişdirilir. Balıqçılıq mühüm yer tutur. Dağ-mədən və turizmdəndə gəlir əldə edilir.

Ada ilə əlaqə əsasən dənizlə yaradılır. Üstəlik Boak və Qasan arasında hava limanı vardır. Boak və Santa-Krusda dəniz limanı vardır.

Adada Morinoko vestivalı keçirilir. Bu əsasən Buennavista, Boak, Qasan, Moqpoq şəhərlərində təşkil edilir. Festivalın adı «morion» sözündən götürülmüşdür. Bu termin ispan konkistadorlarının taxdığı dənir dəbilqənin adıdır.

Təhsilin ali dərəcəsi Boakda olan Dəniz instutudur. Üstəlik iri şəhərlərdə kolleclər vardır. Orta və ibtidai təhsil mövcuddur.

  1. Birtle, Andrew J. "The U.S. Army's Pacification of Marinduque, Philippine Islands, April 1900 – April 1901" (at JSTOR). The Journal of Military History. Society for Military History. 61 (2). April 1997: 255–282. doi:10.2307/2953967. JSTOR 2953967.
    Jessup, Philip Caryl. Elihu Root. Dodd, Mead, & Co./Reprint Services Corp. 1938. ISBN 0-7812-4908-2.http://www.namria.gov.ph Arxivləşdirilib 2022-09-23 at the Wayback Machine
  2. "Fact Sheet; Region IV-B; MIMAROPA' 2007 Census of Population" (PDF). Philippine Statistics Authority - Region IV-B. 1 July 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 8 July 2016.