Marius Unqureanu

Marius Petru Unqureanu (17 may 1994) — Rumıniyalı biatlonçu. Marius Unqureanu Rumıniyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. O, Ölkələrin Paradında Rumıniyanın bayraqdarı olmuşdur.[1][2]

Marius Unqureanu
rum. Marius Ungureanu
Şəxsi məlumatlar
Tam adı Marius Petru Unqureanu
Vətəndaşlığı Rumıniya Rumıniya
Doğum tarixi (29 yaş)
İdman növü Biatlon
14 fevral 2018 tarixində yenilənib.

Karyerası[redaktə | mənbəni redaktə et]

Marius Unqureanu birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Unqureanu 28:59.1 saniyəlik nəticəsi ilə 87 atlet arasında 87-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.[3][4]

Mənbələr[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Pyeongchang 2018 profile". 2018-02-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-14.
  2. "Eurosport player profile". 2018-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-14.
  3. "Radio România Internaţional". 2020-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-14.
  4. "Evening Standard article by Richard Parry". 2018-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-14.