Mariya Kaçinska

Mariya Kaçinska, pol. Maria Helena KaczyńskaPolşanın birinci xanımı.

Mariya Kaçinska
pol. Maria Kaczyńska
Doğum tarixi
Doğum yeri Polşa, Lüblin
Vəfat tarixi 10 aprel, 2010
Vəfat yeri Rusiya, Smolensk
Vəfat səbəbi Smolenskdə təyyarə qəzası[1]
Dəfn yeri Polşa
Vətəndaşlığı
Həyat yoldaşı
Uşağı 1[1]
Fəaliyyəti iqtisadçı
Partiyası
  • Hüquq və Ədalət partiyası[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Mariya Kaçinska 1943-cü il avqustun 21-də faşist Almaniyasının işğalı altında olan Lüblin dairəsinin Maxuv kəndində doğulub. Qızlıq soyadı Matskeviçdir. Atası Çeslav və anası Lidiya Litva polyaklarındandır. Əmilərindən biri Xatın faciəsində qurban gedib.

Uşaq vaxtı valideynləri ilə birgə Polşanın Rabka-Zdruy şəhərinə köçüb, orta məktəbi orada bitirib.

Sopotda nəqliyyat və xarici ticarət iqtisadiyyatı üzrə təhsil alan Mariya 1966-cı ildə Qdansk Dəniz İnstitutunda çalışmağa başlayıb. Polşanın gələcək prezidenti Lex Kaçinski ilə 1976-cı ildə tanış olub. 1978-ci ildə onunla ailə qurub. 1980-ci ildə doğulmuş Marta adlı qızları var.

Son illər ictimai fəaliyyətlə məşğul olan Mariya Kaçinskya ingilis və fransız dillərində sərbəst danışır, ispan və rus dillərini də orta səviyyədə bilirdi.

Vəfatı[redaktə | mənbəni redaktə et]

Polşa prezidenti Lex Kaçinskinin təyyarəsi 10 aprel 2010-cu ildə Rusiyanın Smolensk vilayətində hərbi aerodromda eniş edərkən qəzaya uğrayıb. Hadisə nəticəsində o da vəfat edib[3].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 https://www.prezydent.pl/kancelaria/archiwum/archiwum-lecha-kaczynskiego/pierwsza-dama/biografia.
  2. 1 2 https://www.fakt.pl/wydarzenia/polityka/lech-i-maria-kaczynscy-wzieli-dwa-sluby/jkfbng4.
  3. "Polşa prezidenti təyyarə qəzasında öldü". 2010-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-04-12.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]