Mariya Sergeyevna Titarenko (27 mart 1918, Sevastopol – 26 sentyabr 2002, Bakı) — Azərbaycanın opera müğənnisi. Azərbaycan SSR əməkdar artisti (1960).
Mariya Titarenko | |
---|---|
ukr. Марія Сергіївна Титаренко | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 27 mart 1918 |
Doğum yeri |
|
Vəfat tarixi | 26 sentyabr 2002 (84 yaşında) |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera müğənnisi, musiqi pedaqoqu |
Janr | opera |
Səs tembri | soprano |
Mükafatları |
Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı illərdə M.Titarenko Üzeyir Hacıbəyovun diqqətini cəlb etmiş və dahi bəstəkar ona "Koroğlu" operasında Nigarın partiyasını ifa etməyi təklif etmişdir.
Beləliklə, o, 1943-cü ildən opera teatrında işləməyə başlamış, 1944-cü ildə Koroğlu partiyasının ifaçısı Bülbüllə birlikdə Nigar partiyasını Azərbaycan dilində ifa etmişdir. M. Titarenkonun yaratdığı 35 səhnə obrazından 6-nı: "Koroğlu", "Azad", "Nizami", "Vaqif", "Sevil" operalarındakı obrazları və "Arşin mal alan" operettasının ekran versiyasında Validə Vəzirova ilə birlikdə ifa etdiyi Gülçöhrə obrazını (aktrisa Leyla Bədirbəyli) Azərbaycan dilində səsləndirmişdir. Ekran əsərinin rus variantında obraz yalnız Titarenkonun ifasında səslənmişdir. O, "Faust", "Bohema", "İolanta", "Yevgeni Onegin", "Qar qız", "Maskarad" və s. operalarda aparıcı partiyaları ifa etmişdir.
Musiqiçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |