Mariya Vittek (pol. Maria Wittek; 16 avqust 1899[1] – 19 aprel 1997[1], Varşava, Polşa) — briqada generalı rütbəsinə layiq görülən ilk polşalı qadın. Bu ad təqaüdə çıxdıqdan sonra 1991-ci ildə verilmişdir. 18 yaşından Polşa ordusunda və müxtəlif hərbi təşkilatlarda xidmət etmişdir. Heç vaxt evlənməmişdir.
Mariya Vittek | |
---|---|
pol. Maria Stanisława Wittek | |
Doğum tarixi | 16 avqust 1899[1] |
Vəfat tarixi | 19 aprel 1997[1] (98 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | zabit |
Vikianbarda əlaqəli mediafayllar |
Mariya Vittek Polşanın Rusiya hissəsində anadan olmuşdur. Atası Stanislav Vittek dülgər idi. Polşa Sosialist Partiyasının üzvü olaraq, 1915-ci ildə ailəsi ilə birlikdə rus səlahiyyətliləri tərəfindən həbs olunmamaq üçün Ukraynaya köçür. Mariya hələ məktəbdə olarkən Kiyevdəki kəşfiyyat heyətinə qatılır. Daha sonra Kiyev Universitetinin riyaziyyat şöbəsinin ilk qadın tələbəsi olur. Eyni zamanda gizli Polşa Organizacja Wojskowa (Polşa Hərbi Təşkilatı) təşkilatına qatılır. 1919-cu ildə ordu sıralarına qoşulur, Ukraynada bolşeviklərə qarşı döyüşür. Sonra 1920-ci ildə qadın könüllü dəstəsinin əsgəri olaraq Lvov uğrunda döyüşlərdə iştirak edir və ilk dəfə Polşanın ən yüksək Virtuti Militari medalına layiq görülür[2].
1928-1934-cü illərdə Vittek qadınları hərbi xidmətə hazırlayan bir təşkilat olan Przysposobienie Wojskowe Kobietin komandiri olur. 1935-ci ildə Varşava yaxınlığındakı Bielanı şəhərindəki Bədən Tərbiyəsi və Hərbi Təlim İnstitutunda qadınlar şöbəsinin müdiri təyin edilir.
Polşanın işğalı dövründə Mariya Vittek Qadın Dəstək Taburunun komandiri oluir. 1939-cu ilin oktyabrında Hərbi Müqavimət İttifaqı gizli qrupuna qrupuna qatılır. Sonradan gizli qrup Krayov ordusu olaraq yenidən təşkil edilir. General Rovetskinin, sonra Komorovskinin qərargahında qadın xidmətləri departamentinə rəhbərlik edir. Varşava üsyanında iştirak etmiş və polkovnik-leytenant rütbəsi almışdır. Təslim olduqdan sonra alman əsirliyindən qurtula bilmiş və mülki insanlarla birləşərək Varşava xarabalıqlarını tərk etmişdir. 1945-ci ilin yanvarında Krayov Ordusu ləğv edilənə qədər vəzifəsində xidmətini davam etdirmişdir.
Polşa kommunist hökuməti Bədən Tərbiyəsi və Hərbi Təhsil İnstitutunu yenidən açdıqda onu əvvəlki vəzifəsinə qaytarır və yenidən qadınlar şöbəsinin müdiri olur. Lakin 1949-cu ildə Vittek səlahiyyətlilər tərəfindən tutulur və bir neçə ay həbsxanada saxlanılır. Sərbəst buraxıldıqdan sonra bir qəzet köşkündə işləyir. 2 may 1991-ci ildə kommunistlərin hakimiyyətdən uzaqlaşdırılmasından sonra Polşa Prezidenti Lex Valensa ona briqada general rütbəsi verir. Beləliklə, general rütbəsinə layiq görülən ilk polşalı qadın olur.
19 aprel 2007-ci il tarixində, onuncu ildönümündə, Varşavadakı Polşa Ordusunun Muzeyində şərəfinə bürünc abidə qoyulur.