Mark Martel

Mark Martel — Kanadalı rok musiqiçisidir. O 1999-cu ildə Downhere qrupunu qurmuşdur. 2013-cü ildə isə, solo karyerasına başlamışdır. Martel, həm də Queen qrupunun musiqi aranjimanları və solist Freddi Merkyuri ilə oxşarlıq təşkil edən vokalı ilə tanınır. "Bohemiya Rapsodiyası" filmində Merkyurinin ifalarını təmin etmişdir.

Mark Martel
Martelin 2013-cü ildəki çıxışı
Martelin 2013-cü ildəki çıxışı
Ümumi məlumatlar
Doğum tarixi 16 noyabr 1976(1976-11-16) (48 yaş)
Doğum yeri Monreal, Kvebek, Kanada
Musiqiçi məlumatları
Fəaliyyəti Musiqiçi
Fəaliyyət illəri 1999 — indiyədək
Janrlar
Musiqi alətləri
Əlaqəsi Queen
Üzvlüyü
marcmartelmusic.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mark Martel Kanadanın Monreal şəhərində Mişel Martel və Barbara Beresford Martelin ailəsində anadan olmuşdur. O, Saskaçevanın Karonport şəhərində Brayrkrest Kolleci və Seminariyasında təhsil almış, burada otaq yoldaşı Ceson Cömeyn və bir neçə dostu ilə birgə musiqi qrupu yaratmışdır.

Downhere (1999–2012)

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Downhere

Martel 1999-cu ildə Downhere (bəzən "downhere" kimi stilizə edilir) adlı musiqi qrupu yaradır. Dörd illik kollecdən sonra qrup Tennessi ştatının Naşvill şəhərinə köçür və burada Word Records ilə müqavilə bağlayırlar. Qrup fəaliyyəti ərzində bir sıra mükafatlara layiq görülür. Onlar 1 yanvar 2013-cü il tarixindən etibarən fasiləyə çıxmazdan əvvəl "On the Altar of Love" daxil olmaqla 10 albom buraxmıșdılar.[1]

Solo (2013—indiyədək)

[redaktə | mənbəni redaktə et]

2011-ci ilin sentyabrında Martel Rocer Teylorun ("Queen" rok qrupunun təbilçisi) rəsmi "Queen Extravaganza" layihəsinə qoşulmaq üçün müsabiqədə "Somebody to Love" mahnısının ifası ilə iştirak edir. Cəmi bir neçə gün işlədikdən sonra Yutubda bir milyondan çox baxış qazanır.[2][3] Bu, videonun yayımlanmasından bir həftə sonra "The Ellen DeGeneres Show" verilişinə dəvət alır. Martel 2012-ci ildə "The Queen Extravaganza" ilə altı həftəlik tura səbəb olan müsabiqənin qaliblərindən biri olur.[4][5][6] "Queen Extravaganza" 2016-cı ilin sonuna qədər Martel ilə qastrol səfərini davam etdirir.

Martel 1 fevral 2013-cü ildə "Prelude" adlı EP yayımlayır.[7] Onun tammetrajlı debütü, "Impersonator" 30 sentyabr 2014-cü ildə yayımlayır.[8]

2016-cı ilin sentyabr ayında o, "Just Dance 2017" video oyununda nümayiş olunan "Last Christmas" ilə əməkdaşlıq edir.[9] 18 noyabr 2016-cı ildə Milad mahnıları toplusu olan "The Silent Night" EP yayımlanır.[10]

2017-ci ildə Martel Queen Extravaganza-dan ayrılır və Ultimate Queen Celebration-a qoşulur.[11]

2019-cu ildə Martel Emi QrentMaykl U. Smit ilə birlikdə Billboard Christian AC Monitor cədvəllərində[12] və Mediabase Christian AC-də 1-ci yerə çatan "Silver Bells"in yeni versiyasını qeyd edir. Bu, Martelin karyerasında ilk 1 nömrəli mahnısı olur.

Martel "Queen"in bioqrafik filmi "Bohemiya Rapsodiyası" üçün vokal səsyazma işlərinə töhfə verir. Film prodüseri Qraham Kinq "Rolling Stone" məqaləsində Mark Martelin film üçün səsyazmalar etdiyini təsdiqləmişdir:

Filmdəki əksər oxuma səhnələri ya Queen qrupunun lentlərinin vokal köklərinə, ya da səsi, mərhum solistin səsi ilə praktiki olaraq eyni olan kanadalı xristian rok müğənnisi Mark Martelin yeni səsyazmalarına əsaslanır. Kinq deyir: "Həqiqətən, siz gözlərinizi bağlaya bilərsiniz və bu Freddidir. Bunu etmək çox çətin bir işdir."[13]

Həmçinin, Kinq FilmJournal International-a verdiyi müsahibədə Martelin filmin çəkilişində iştirakı ilə bağlı daha ətraflı məlumat vermişdir:

Rami filmdə bir az mahnı oxuyur. Açıq-aydın görünür ki, filmdə çoxlu Freddi Merkyuri və çoxlu Mark Martel var. O, Brayan Mey və Rocer Teylora bir video göndərir və onun Freddi Merkyuri kimi ifa etdiyi görünür. Biz bilirdik ki, bəlkə Raminin edə bilmədiyi və açıq-aydın Freddi kimi ifa edə bilməyəcəyi hissələr üçün istifadə edə biləcəyimiz biri var. Beləliklə, biz Mark və Rami ilə iki ay yarım Abbey Road səsyazma studiyasında olduq, lazım olduğunu bildiyimiz parçaları yazdıq. Freddi Merkyuri kimi oxuya bilən birini tapmaq çətindir və mən əminliklə deyə bilərəm ki, Mark olmasaydı, film çəkilə bilməzdi.[14]

Martel həyat yoldaşı Kristal ilə Tennessi ştatının Naşvill şəhərində yaşayır.[15]

O, həmçinin 2016-cı ildə "Five Nights at Freddy's World" video oyunundakı "Ölü Foksi" obrazını səsləndirmişdir.[16]

downhere qrupu ilə

Solo

  • The Prelude EP (2013)
  • The Silent Night EP (2016)
  • Impersonator (2014)
  • Live at the High Watt (2016)
  • A Night at the Apollo (2017)
  • The First Noel EP (2017)
  • My Way Vol. 1 EP (2018)
  • Thunderbolt & Lightning (2018)
  • Christmas Is Here EP (2018)
  • The Christmas Collection (2019)
  • Live in Auckland New Zealand featuring UQC (2020)
  • A One Take Rhapsody (2020)
  • Thank God It's Christmas (2020)
  • Forte (2021)
  • Hark! (2021)
  • My Way Vol. 2 (2022)
  • The Christmas Collection, Vol. 2 (2022)

Sinqllar

  • "Cual Otro Rey" (2020)
  • "Fat Bottomed Girls" (2020)
  • "Under Pressure" (2020)
  • "Somebody to Love" (2021)
  • "Seven Seas of Rhye/Bicycle Race" (2021)
  • "Let Me Entertain You" (2021)
  • "Another One Bites the Dust" (2022)
  1. "A Letter From Us To You". 2012-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-11.
  2. "Canadian singer Marc Martel goes viral with Freddie Mercury imitation". National Post. September 26, 2011. July 27, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 24, 2014.
  3. "Marc Martel: Freddie Mercury Impression Makes For A Very Viral Video". HuffPost Canada. September 23, 2011. December 5, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 15, 2021.
  4. "The Band". Queen Extravaganza. February 8, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 24, 2014.
  5. "Marc Martel a Winner of The Queen Extravaganza Contest (VIDEO)". Christianpost.com. December 9, 2011. February 21, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 24, 2014.
  6. Moring, Mark. "Christianity Today Entertainment Blog: Downhere's Marc Martel wins Queen Contest". Christianity Today. December 8, 2011. April 23, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 24, 2014.
  7. "iTunes - Music - The Prelude EP by Marc Martel". Itunes.apple.com. February 1, 2013. October 24, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 27, 2014.
  8. "Hear It First! Queen Extravaganza Frontman Marc Martel Marches to His Own Drum on 'Ringo Starr'". yahoo.com. 2020-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-11.
  9. "Just Dance Now Credits". justdancenow.com. August 2017. 2023-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-11.
  10. "Marc Martel Announces 'The Silent Night EP'". newreleasetoday.com. 2022-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-11.
  11. "The Ultimate Queen Celebration - Our Story". theultimatequeencelebration.com. 2020-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-11.
  12. "Billboard Chart History - Marc Martel". billboard.com. 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-11.
  13. "Freddie Goes to Hollywood: How 'Bohemian Rhapsody' Finally Got Made". RollingStone. July 10, 2018. December 19, 2019 tarixində arxivləşdirilib.
  14. "King & Queen: Producer Graham King recounts his 10-year effort to bring Freddie Mercury's story to the screen". FilmJournal International. Oct 22, 2018. August 28, 2019 tarixində arxivləşdirilib.
  15. "Marc Martel Artist Profile | Biography And Discography". NewReleaseTuesday.com. December 19, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 29, 2013.
  16. "Five Nights at Freddy's World Characters Voice Actors". April 9, 2018. April 23, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 11, 2023 – YouTube vasitəsilə.
  17. "Down to earth with downhere". Jesus Freak Hideout. April 15, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 2, 2008.
  18. Monger, James Christopher. "(Biography) Downhere > Biography". Allmusic. July 27, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 2, 2008.
  19. Breimeier, Russ. "(Review) Ending Is Beginning". Christianity Today. September 22, 2008. September 3, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 11, 2008.
  20. "Downhere Discography". Jesus Freak Hideout. April 15, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 15, 2010.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]