Markus Antonius Kretikus

Kritli Mark Antoni (lat. Marcus Antonius Creticus ö. e.ə. 71, Krit, Roma imperiyası) — E.ə. III əsrlərdə yaşamış olan, Antoni ailəsinə mənsub Roma siyasətçisi. O, Mark Antoni Oratorun Yuliya Antoniya ilə qurduğu evlilikdən doğulan oğlu və triumvir Mark Antoni, Qay AntoniLyusi Antoninin atasıdır.

Kritli Mark Antoni
lat. M.Antonius M.f. Creticus
Doğum tarixi e. ə. II əsr
Doğum yeri
  • bilinmir
Vəfat tarixi e.ə. 71 və ya təq. e.ə. 71[1]
Vəfat yeri
Uşaqları

E.ə 74-cü ildə pretor seçilmişdir və ertəsi il eynilə atasının otuz il öncə aldığı kimi Pont kralı VI Mitridata qarşı mübarizə aparmaq baxımından çox böyük səlahiyyətlər əldə etmişdir.

Mark Antoni vəzifədə uğursuz olmaqla yanaşı eyni zamanda oğurluqlardan qoruyacağı əyalətləri də yağmaladı.[3] Dəniz quldurları ilə ittifaq yaradaraq kritlilərə hücum etdi ancaq məğlub oldu və gəmilərindən çoxu batırıldı. Siciliyalı Diodor bu böyük biabırçılıqdan ancaq özünü xilas edə bildi. Bu məğlubiyyətin sonra lağ etmək üçün ona Kritin fatehi mənasına gələn "Kretikus" adı verildi. O, qısa bir müddət sonra, e.ə. 71-ci ildə Kritdə vəfat etmişdir.

  1. 1 2 M. Antonius (29) M. f. Creticus // Digital Prosopography of the Roman Republic (ing.).
  2. http://www.strachan.dk/family/antonius.htm.
  3. Sallust, Hist. iii., fragments ed. B. Maurenbrecher, p. 108; Marcus Velleius Paterculus ii. 31; Cicero, In Verrem, iii. 91