Marmaris

Marmaris (türk. Marmaris) — Türkiyədə liman və kurort şəhəri. Eyni adlı ilçənin inzibati mərkəzi. Egey dənizinin sahilində, Türkiyənin cənub-qərbində, Muğla ilində yerləşir. Dalaman havalimanına 95km uzağlığdadır. 2014-cü ilin turizm mövsümündə şəhər dünyanın 2 milyona yaxın turistini qəbul etmişdir. Şəhərdə 2021-ci il məlumatına görə 95.849 [1] nəfər yaşayırdı.

Marmaris
Marmaris
36°51′23″ şm. e. 28°16′16″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 878,1 km²
Mərkəzin hündürlüyü 7 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 97.818 nəf. (2022)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 48700
Nəqliyyat kodu 48
Digər
marmaris.bel.tr
Xəritəni göstər/gizlə
Marmaris xəritədə
Marmaris
Marmaris
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Marmaris buxtanın sahili boyunca uzanır, quru hissədən dağlarla əhatə olunmuşdur. Körfəzə giriş adanı qoruyur, buna görə fırtınalar və güclü dalğalar heç vaxt sahilə çatmır. Yunanıstanın Rodos adasına müntəzəm bir bərə xidməti var. Şəhərdə bir neçə rayon mövcuddur: Sitələr, Armutalan, Mərkəz. Mərkəz — şəhərin mərkəzində bir bölgədir. Armutalan — şəhərin kənarında yerləşir. İcmələr Marmaris rayonunda 15 dəqiqəlik bir məsafədə yerləşən kiçik bir şəhərdir.

Marmaris Egey dənizinin Aralıq dənizi ilə birləşməsində, Türkiyənin cənub-qərb hissəsində yerləşir.

Görməli yerləri

[redaktə | mənbəni redaktə et]
  • Marmaris limanı — şəhərin köhnə hissəsində yerləşən, hazırda muzey kimi istifadə olunan köhnə bir qaladır.
  • Bar küçəsi — şəhərin şərq hissəsində yerləşən, çox sayda restoran və barı olan məşhur gəzinti yeridir.
  • Aqua Dream Aqua Park — Marmarisin əsas su parkı, şəhərin şərq hissəsindəki kiçik bir təpədə yerləşir.
  • Marmaris Milli Parkı

Şəhərin yaranmasının dəqiq tarixi məlum deyil. Ancaq hələ eramızdan əvvəl XI əsrdə Fiskos kimi tanınması məlumdur. O zamanlar Kariyanın bir hissəsi olması barədə məlumat vardır. E.ə. X əsrdə Fiskos yaxınlığında Amos şəhərini quran qonşu Rodosun təsiri altına düşür. E.ə. VI əsrdən farsların hakimiyyəti altında olur. E. ə 334-cü ildə Makedoniyalı İskəndərin gəlişindən sonra şəhər Rodosa verilir.

E. ə 164-cü ildən şəhər Romalıların nəzarəti altına keçir. VII–VIII əsrlərdə ərəblər tərəfindən şəhər dağıdılır. XIII əsrin sonlarında şəhəri Menteşe bəyliyi tutur. 1391-ci ildə Osmanlılar tərəfindən ələ keçirilir və 1424-cü ildə nəhayət tamamən Osmanlı İmperatorluğuna birləşdirilir. 1522-ci ildə Sultan Süleyman Qanuninin əmri ilə burada bir qala inşa edilir və şəhər Marmaris (qədim yunan dilindən — Parlaq, əsrarəngiz) adlandırılır. 1957-ci ildə şəhər zəlzələ nəticəsində dağıdılır, sonra yenidən qurulur.

1912-ci ildə şəhərdə və bölgədə əhali bu cür təsnif edilirdi: müsəlmanlar — 12,128 nəfər, yunanlar — 720 nəfər.

1980-ci illərdə şəhər turizm sənayesinin inkişafına güclü təkan verir.

Tipik Aralıq dənizi iqliminə sahibdir. Yanvar ayının orta temperaturu 7,5° C-dir. Qışda yağış və qarl müşahidə olunur. Mütləq minimum temperatur −4 °C-dir[2].

Yaz aylarında temperatur +30° C ətrafında dəyişir. Şəhərdə maksimum temperatur +52° C olaraq qeydə alınmışdır.

Şəhər Dalaman hava limanından 95 kilometr məsafədədir.

Xətt taksiləri şəhərin ətrafında ətrafında dolaşır. Şəhərin şimal-şərqində Datça, Muğla, Quşadası, Aydın, Ağyaka, Dalaman, Dalyan, Antalya və s. kimi digər şəhərlərə gedə biləcəyiniz bir avtovağzal var.

Datça, İçmələr və Dalyan şəhərləri ilə su əlaqəsi mövcuddur.

  1. Турецкий статистический институт Arxiv surəti 12 may 2013 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2013-05-12 at the Wayback Machine
  2. "Climate of Marmaris". 7 August 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 May 2017.