Marna (fr. Marne) — Fransanın şimal-şərqində yerləşən, Qrand Est regionun departametlərindən biri. Sıra nömrəsi — 51. İnzibati mərkəzi — Şalon-an-Şampan. Əhali — 579 533 nəfər (departamentlər arasında 45-ci yer, 2010-cu ilin məlumatları).
Marna | |
---|---|
Marne | |
49°00′ şm. e. 4°15′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 4 mart 1790 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
marne.pref.gouv.fr | |
Vikianbarda əlaqəli mediafayllar |
Ərazisi — 8162 km². Departamentin ərazisindən Marna və Vel çayları axır.
Departamentə 5 rayon, 44 kanton və 620 kommuna daxildir.
Departament 1790-cı il 22 dekabr tarixli qanuna əsasən Böyük Fransa inqilabı dövründə, 1790-cı il martın 4-də, tarixi Şampan əyalətinin ərazisində formalaşmışdır. Bu qanuna əsasən sakinlər öz departamentin prefekturasını ziyarət etmək və evə qayıtmaq üçün 2 gündən çox vaxt sərf etməməyi düşünməli idilər. Buna görə keçmiş Şampan əyalətinin geniş ərazisi dörd departamentə ayrıldı: Ardenler, Marna, Ob və Yuxarı Marna. Adı Marna çayından gəlir.