Marokau

Marokau (fr. Marokau) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Hikuerudan 48 km cənub-şərqdə, Haodan isə 120 km qərbdə yerləşir.

Marokau adası
fr. Marokau
Ümumi məlumatlar
Sahəsi 14,7 km²
Uzunluğu
  • 22 km
Əhalisi 99 nəfər (2007-ci il)
Yerləşməsi
18°13′ c. e. 142°10′ q. u.HGYO
Ölkə  Fransa Polineziyası
Akvatoriya
Marokau adası xəritədə
Marokau adası
Marokau adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Atollun kosmosdan təsviri.

Atoll üçbucaq formaya malikdir. Adanın sahəsi 14,7 km²-dir. Daxilində laqun vardır. Okean suları ilə kiçik boğazla birləşir. Ada 1903-cü ildə siklomdan güclü zərər görmüşdür.

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]

İnzibati baxımından Hikueru kommunasına daxildir.

2007-ci il məlumatına görə adada 99 nəfər yaşayır. Yeganə yaşayış məntəqəsi Vaioridir. Əhalinin əsas məşquliyyəti kənd təsərrüfatıdır (Kopra toplamaq).