Marqarita Çernovanın binası (Rostov-na-Donu)

Marqarita Çernoqanın binasıRostov-na-Donu şəhəri ərazisində, Bolşoy Sadovnaya küçəsi 27/47 ünvanında yerləşən bina. Binanın tikintisi 1899-cu ildə başa çatırılmışdır. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxildir[1]. Binanın sahibi Marqarita Çernova olmuşdur. Layihəsinin müəllifi Nikolay Aleksadr Doroşenko olmuşdur.

Marqarita Çernovanın binası
rus. Дом Маргариты Черновой
Xəritə
47°13′09″ şm. e. 39°42′08″ ş. u.HGYO
Ölkə  Rusiya
Şəhər Rostov-na-Donu
Tikilmə tarixi 1899
Memarlıq quruluşu Memarlıqda eklektizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bolşoy Sadovnaya küçəsi ev 27/47 ünvanında yerləşən bina Marqarita Nikitiç Çernovanın pərəstişkarı tərəfindən inşa edilərək ona hədiyyə edilmişdir. Bu şəxs Paramnovlar ailəsinin üzvü olmuşdur. Binanın layihə müəllifi Nikolay Aleksadr Doroşenko olmuşdur. XIX əsrin sonu və XX əsrin əvvəllərində binada ballar, şənliklər təşkil edilirdi. Binanın birinci mərtəbəsində əsasən ticari obyektlər yerləşirdi. Bunlara misal olaraq Şamkoviçin akteki və Yuliya Qaroxovanın ticarət evini göstərmək olar. İkinci mərtəbədə yaşayış mənzilləri yerləşirdi. Bolşoy Sadovnya küçəsinə baxan pəncərələr gözləmə zalına açılır. Dəhlizdən eyvana qapı vardır. Xaturinski xiyabanına baxan fasad hissədə qonaq otağı, yeməkxana, yataq otağı və digər otaqlar yerləşirdi. Hər bir otaq lepkalarla bəzədilmişdir. Divarlar isə yağı boyalarla rənglənmişdir.

Binanın ısas fasadı Bolşoy Sadovnaya küçəsi və Xalturinskaya xiyabanına açılır. Bu hissəyə açılan pəncərələrin kənarları dkorla işlənmişdir. Ümumilikdə fasadında çoxlu sayda dekor elementini müşahidə etmək mümkündür. 1920-ci ildə sovet hakimiyyətinin qurulması ilə Çernova binadan köçürülmüşdür. Bina isə milliləşdirilmişdir. Binanın birinci mərtəbəsi və zirzəmisində 2 nömrəli aptek təsis edilmişdi.

2 fevral 1926-cı ildə binan Diyar məhkəməsinə verilir. 1926-cı ildə binada partiya klubu yerləşirdi. 1940-cı ildən isə burada Rostov vilayətinin partiya arxivi yerləşirdi. Sovet hakimiyyəti dağıldıqdan sonra burada Rostov vilayətinin dövlət arxivi yerləşirdi. 2000-ci illərdə bina qəzalı vəziyyətdə olmuşdur. 2001-ci ildə binanın bərpasına başlanılmışdır. Bu zaman bina yenidən qurulur. Bərpa zamanı əvvəlki dekorlar olduğu kimi saxlanılmışdır.[2]. Hazırda binada "Moskva Bankı" yerləşir.

  1. "Ростов-на-Дону (объекты культурного наследия регионального значения)". Официальный портал Правительства Ростовской области. 2013-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-24.
  2. "Дом Черновой - с.3". voopiik-don.ru. 2013-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-27.