Marsel Efroimski (ivr. מרסל אפרוימסקי; doğ. 13 fevral 1995, Kfar Saba, İsrail) — israilli şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2016).
Marsel Efroimski | |
---|---|
ivr. מרסל אפרוימסקי | |
Ölkə | İsrail |
Doğum tarixi | |
Doğum yeri | Kfar Saba, İsrail |
Titulu | qadınlar arasında beynəlxalq qrosmeyster (2016) |
Son reytinqi |
|
Maksimal reytinqi | 2.470 (dekbar 2022) |
FİDE nömrəsi | 2810964 |
Vikianbarda əlaqəli mediafayllar |
Efroimskinin valideynləri İsrailə keçmiş Sovetlər ittifaqından köçüblər.[2]
Eforimski iki dəfə gənclər arasında şahmat üzrə dünya çempionatının qalibi olub: 2007-ci ildə Kemerdə keçirilən 12 yaşadək şahmatçılar kateqoriyasında və 2009-cu ildə Antalyada keçirilən 14 yaşadək şahmatçılar kateqoriyasında.[3]
Eforimski 2009-cu ildə 14 yaşadək gənclər arasında Avropa çempionu olub.[4][5] 2011-ci ildə 16 yaşadək gənclər arasında Avropa çempionatında Mariya Severina, Mariya Tançyura, Filiz Osmanoca və Amalya Aranas ilə 1–4-cü yerləri bölüşdürmüşdür.[6]
O, 2008 Drezden,[7] 2010 Xanti-Mansi[8] və 2012 İstanbul[9] Şahmat Olimpiadalarında İsraili təmsil etmişdir. Efroimski, 2008-ci ildə qadınlar arasında FİDE ustası adına, 2011-ci ildə qadınlar arasında beynəlxalq usta adına[10] və 2016-cı ildə qadınlar arasında beynəlxalq qrosmeyster adına layiq görülmüşdür.