Marta Vieyra da Silva (port. Marta Vieira da Silva; 19 fevral 1986, Dois Riaços, Alaqoas) — qısaca Marta kimi tanınan braziliyalı qadın milli futbolçu. Amerikan liqası WPS komandalarından Western New York Flash klubunda hücumçu mövqeyində oynayır.
Marta | ||
---|---|---|
Ümumi məlumatlar | ||
Doğum tarixi | 19 fevral 1986 (38 yaş) | |
Vətəndaşlığı | Braziliya | |
Boyu | 163 sm | |
Çəkisi | 58 kq | |
Mövqeyi | hücumçu | |
Klub haqqında məlumat | ||
Klub | Western New York Flash | |
Karyerası | ||
Təltif və medalları |
||
Vikianbarda əlaqəli mediafayllar |
2006, 2007, 2008, 2009 və 2010-cu illərdə beş dəfə FİFA Dünyada İlin Futbolçusu seçilmişdir. 2010-cu ildə bu mükafat ləğv edildikdən sonra yerinə gələn FIFA Ballon d'Orun da ilk sahibi olmuşdur. 2004 və 2008 yay Olimpiya oyunlarında gümüş medal qazanan Braziliya Qadın Milli Futbol Komandasının heyətində yer almışdır. 2004-cü ildə FİFA U-20 Qadınlar Dünya Kubokunda Ən Dəyərli Oyunçu (MVP) seçilərək Qızıl Top mükafatını qazanmışdır. 2007 FİFA Qadınlar Dünya Kubokunda həm ən yaxşı oyunçu olaraq Qızıl Top mükafatı, həm də Qol kralı olaraq Qızıl Buts mükafatına layiq görülmüşdür.
Marta hələ 14 yaşında ikən tanınmış qadın məşqçi Helena Paçeko tərəfindən kəşf edilmişdir. Marta 2001-ci ildə klubun qadın komandasına qatılana qədər "Rio de Janeiro" klubunda oynadı və məşqlərində iştirak etdi.
Marta 2003–04 sezonu öncəsi İsveçin Umea IK klubuna transfer oldu. Bu sezon klub UEFA Qadınlar Çempionlar Liqasını iki oyun nəticəsi ilə 8–0 qazanaraq çempion bitirdi. Marta bu oyunlarda 3 dəfə rəqib qapısından topu keçirdi. Liqada isə klub, çempion Djurgårdens klubundan 32 qol daha çox vurmasına baxmayaraq, bir xal fərqlə ikinci olmuşdu. Marta, liqada 22qol vurmuş, Kubok finalında Djurgårdens-ə 2–1 məğlub olduğu oyunda isə komandasının yeganə qoluna imza atmişdır.
İkinci sezonda Marta, liqada Umea adına 21 qol ataraq klubunun liqada yenilmədən qazandığı çempionluğunda əsas pay sahibi oldu. Lakin kubok finalında 7–0 qalib gəldiyi Djurgården-ə 3–1 məğlub olaraq ikinci oldu.
2005–06 sezonunda Umea bir daha məğlubiyyətsiz çempiyon oldu və Marta öncəki sezonda olduğu kimi 21 qolla qol kralı oldu. Komanda Linköpingsə 3–2 məğlub olarkən, Marta da üçüncü dəfə Kubok finalında məğlub olan klubda yer almış oldu.
2006–07 sezonunda Umea liqanı Dyurgardeni 9 xal qabaqlayaraq çempion bitirdi və finalda AİK-i 4–3 məğlub edərək Kuboku da 3 sezon sonra yenidən qazandı. Liqada 25 qol atan Marta, qol kralı Lotta Şelindən cəmi bir qol az atmışdı. Komanda, 2006–07 UEFA Qadınlar Kubokunda yarımfinalda Norveç təmsilçisi Kolbotn FK-nı hər iki oyunun nəticəsinə görə 11–1 hesabı ilə keçmiş və Marta hər iki oyunda 2 qol atmışdı. Lakin finalda Arsenala 1–0 məğlub olaraq ikinci yeri tutmuşdu.