Martin Gert Koster (1950, Dedemsvaart[d], Overijssel[d]) — Niderland aşağı sakson dilinin Drent ləhcəsində yazan və yaradıcılıq edən niderlandlı yazıçı. Əsasən nasir olan Koster, həm də şeirlər yazır və onları kitab şəklində çap edib. O, həmçinin niderland və ingilis dillərindən drent ləhcəsinə müxtəlif əsərləri və məqalələri tərcümə edir. Drent ləhcəsindəki Roet adlı ədəbi jurnalın yaradıcılarından biridir.[1] 2021-ci ildə Niderland hökuməti, nəsli kəsilməkdə olan Drent ləhcəsini qorumaq və zənginləşdirmək üçün göstərdiyi səylərə görə, Kosteri Оran-Nassaus ordeni ilə təltif etdi.[2]
Martin Koster | |
---|---|
![]() | |
Doğum tarixi | 1950 |
Doğum yeri | |
Fəaliyyəti | şair, yazıçı |