Martini

Martini (ing. "Martini" və ya "Dry Martini") ənənəvi olaraq cin və vermut əsasında hazırlanmış aperitif (yeməkdən öncə) kokteyldir. Beynəlxalq Barmenlər Assosiasiyasının (BBA) rəsmi kokteyllərinə, "Unudulmazlar" kateqoriyasına daxildir.

Martini
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Martininin dəqiq mənşəyi məlum deyil, bir-birindən uzaq yerləşən Amerika şəhərləri Yonkers, New Orleans və San Francisco onun ixtira edildiyini iddia edir.

Ənənəvi olaraq martininin mənşəyi San-Fransiskoya aid edilir və adı əvvəlki ingilis adı "Martinez"-dən götürülüb. İngilis adı Martinez 1880-ci illərin yazılı mənbələri tərəfindən təsdiqlənir, lakin onun mənşəyi öz növbəsində müxtəlif əfsanələrlə izah olunur. Peter Tamony hesab edir ki, sonuncu samit itkisi ya praktiki səbəblərə görə baş verib. Məsələn, ingiliscə Martinez sözünün cəmini sifariş etmək mümkün deyil. Ya da çox güman ki, vermut adı "Martini"-nin təsiri altında baş verib.

Orijinal martini şirin idi — 1887-ci il resepti, müştəri daha şirin içki istəsə, şərbət əlavə etməyi tövsiyə edir. Lakin artıq 1891-ci ildə "Kokteyl Bill" ləqəbli U. Butbi heç bir şirinləşdirici əlavə etməyi tövsiyə etmirdi, çünki "Old Tom Cordial cini və italyan vermutu artıq kifayət qədər şirindir".

20-ci əsrin birinci yarısında içki daha quru oldu: İtalyan vermutu daha quru fransız vermutu ilə əvəz olundu, İkinci Dünya Müharibəsi zamanı cinin vermuta nisbəti 16:1-ə çatdı və ekstremal hallarda, ultra quru Martinilərə yalnız Vermutun "pıçıltısı" vermutun səpilməsi və ya cinə tökməzdən əvvəl şüşəni vermutla yaxalamaqla əldə edilirdi. Zarafatla qeyd olunurdu ki, istənilən nisbətə nail olmaq üçün barmen yalnız cin tökərkən vermut şüşəsinə baxmalıdır.

D. Emberive, The Fine Art of Mixing kitabında deyir ki, "quru martinilər" sözün normal mənasında çətin ki, martinilərdir; Viktoriya Mur qeyd edib ki, əslində belə bir kokteyl içən şəxs mahiyyət etibarilə ancaq cin içir — bu ümumiyyətlə mədəni icmalarda qəbul edilmir — və ultra quru martini hazırlamaq ritualı bu davranış üçün yalnız bir bəhanədir.

Vermut və cin bərabər hissələri ilə hazırlanmış martini versiyası hazırda "əllinin əlliyə" adlanır.

Martini 1870-ci illərdə Amerikada icad edilmiş və Qızıl Dövrdə (Amerika 1865–1898 illərdə) geniş yayılmışdır. Kokteyl ilk dəfə 1880-ci illərdə barmenlərin təlimatlarında qeyd edilmişdir.

20-ci əsrin ortalarına qədər martini kokteyli əsasən iki inqrediyentdən ibarət idi: cin və vermut qarışığı, zeytun və ya digər "qarnir" ilə bəzədilmiş ənənəvi kokteyl bakalında soyudulmuş şəkildə təqdim edirdilər. 1920-ci ilə qədər martini "Old Fashioned glass" (viski stəkanı) içərisində servis olunsa da, daha sonra kokteyl bakalında təqdim olunmağa başladı. 1990-cı ildən sonra bakalların konusformalı bokalla dəyişilməsi və bəzi restoranlarda yeməkdən öncə aperitif (acdırıcı) kimi verilməsi onu populyar etməyə başladı.

Populyar mədəniyyətdə obrazı

[redaktə | mənbəni redaktə et]

İlk dəfə 1896-cı ildə bədii əsər Hidley Dhi təxəllüsü ilə naməlum müəllif tərəfindən yazılmış, Crescent jurnalının avqust sayında dərc olunan "A Daring Game" adlı yumoristik məqalədə martinidən bəhs edilib.

L. Edmunds monoqrafiyasında martinini "siyasi cəhətdən korrekt (düzgün) olmayan" adlandırır və martini haqqında aşağıdakı 7 mülahizəni təklif edir:

  1. Martini — Amerika içkisidir (Avropa və ya Asiya deyil);
  2. Martini — kəndli və sadə deyil, şəhərli və dünyagörmüş adamların içkidir;
  3. Martini — adi insanlar üçün deyil, vacib insanlar üçün içkidir;
  4. Martini — qadınlar üçün deyil, kişilər üçün içkidir;
  5. Martini — pessimistlərin deyil, optimistlərin içkisidir;
  6. Martini — uşaqlar üçün deyil, böyüklər üçün içkidir;
  7. Martini — indinin deyil, keçmişin içkisidir.