Marusya Çuray (ukr. Маруся Чурай; 1625[1][2][…], Poltava – 1653[1][2][…], Poltava) — əfsanəyə görə Poltavada yaşayan əfsanəvi Ukrayna xalq müğənnisi və Xmelnitski dövrünün şairəsi.
Marusya Çuray | |
---|---|
ukr. Маруся Чурай | |
Təxəllüsü | Маруся Чураївна |
Doğum tarixi | 1625[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 1653[1][2][…] |
Vəfat yeri | |
Fəaliyyəti | müğənni, şair, yazıçı |
Marusya Çuray Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Marusya Çuray: "Ah,Qritsyu getmə", "Arabalar dağlardan yuvarlanır", "Kazaklar işığa qalxdı" və s. kimi bir sıra mahnıların müəllifi hesab olunur. O, həmçinin Marusya Çuraivna kimi də tanınır.
Rəvayətə görə, Marusya Çuray 1625-ci ildə kazak yüzbaşı Qordeyin ailəsində anadan olub.
Pavlyukla birlikdə edam edilən atasının ölümündən sonra o, Poltavada anası ilə birlikdə yaşamağa davam edib. Gənclik illərində onun gənc kazak İvan İskranın da içində olduğu bir çox pərəstişkarı olsa da, lakin o, ürəyini Poltava alayı kornetinin oğlu, Grits Bobrenkoya verdi. 1649-cu ildə Xmelnitski üsyanı başlayanda Grits geri dönəcəyini vəd edərək müharibəyə getdi. Marusya Çuray 4 il onu gözlədi. Lakin Poltavaya qayıdaraq, Marusyaya əhəmiyyət verməyən Grits başqasına aşiq olmuşdu. Grits Poltava ailəsindən olan Martin Puşkarın qardaşı qızı Galya Vişniak ilə evləndi. Bu xəyanəti qəbul etməyən Marusya, Gritsi, zəhərləmək qərarına gəlir (başqa bir versiyaya görə, onu qəsdən zəhərləyib).
1652-ci ilin yayında Poltava məhkəməsi Marusyaya ölüm cəzası verdi. Hökmün mətni Ukrayna Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında XV-XVII əsrlərə aid kazak qanunvericiliyinə aid materiallarda qorunur. Bu sənəd Marusya Çurayın mövcudluğunun yeganə sübutudur. Bəzi məlumatlara görə, İvan İskra atasının xidmətlərinə görə Xmelnitskinin əfv məktubunu edam edilməli olduğu binaya çatdırıb.
Məlumatlara görə o, ya 28 yaşında 1653-cü ildə Poltavada əfv edildikdən qısa müddət sonra vərəmdən ölüb, ya da monastırlardan birinin rahibəsi olub.[3]
Bu əfsanə əsasında Lina Kostenkonun “Marusya Çuray” romanı yazılmışdır. Yazıçı, əsərində Qriqori Borakovskinin "Marusya Çuray - Ukrayna mahnısı" (1887) tarixi dramına əsaslanıb.[4]
2006-cı il aprelin 14-də N.V.Qoqol adına Poltava Vilayət Musiqili Dram Teatrının binasının qarşısında, Lenin küçəsindəki Teatr Meydanında əfsanəvi Marusa Çurayın abidəsinin açılışı olmuşdur.
Marusya Churayın rəsmi 2000-ci ilin fevralında Ukraynanın poçt markasına həkk olunub.
Ağ Qvardiya qrupunun "Balerinalar və Atlar" mahnısında bu sözlərlə: "...bir əlin palitranın üzərində durna qanadı kimi uçduğu yerdə, dünyada Marusya Çurayın kövrək ruhu görünür" xatırlanır.