Masalitin binası

Masalitin binası - Rostov-na-Donu şəhərinin ərazisində, Bölşoy Sadovnya küçəsi və Kirovskaya prospektində yerləşən bina. Bina mühəndis Qriqori Nikolayeviç Vasilevin layihəsi əsasında 1890-cı ildə Eklektika stilinə yaxın inşa edilmişdir. XX əsrin əvvələrində bina qadın tacir P. K. Masalitinaya məxsus olmuşdur. Hazırda binada «Nyu-York» restoramı yerləşir. Masalitin binası Regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir[1].

Masalitin binası
rus. Дом Масалитиной
Xəritə
47°13′30″ şm. e. 39°43′49″ ş. u.HGYO
Ölkə  Rusiya
Şəhər Rostov-na-Donu
Tikilmə tarixi 1890
Memar Q. N. Vasilev
Memarlıq quruluşu Eklektika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gəlirli ev olaraq bina K. A. Vorojein tərəfindən 1890-cı ildə Qriqori Nikolayeviç Vasilevin layihəsi əsasında inşa edilmişdir. 1913-14-cü illər ərzində bina P. K. Masalitinə məxsus olmuşdur. Burada bir çox müəsissələr yerləşirdi: X. Mermelşteynə məxsus mağaza, halva ustehsal edən N. M. Masalitinaya məxsus fabrik, Beytlan və Kyonselmə məxsus kolbasa fakriki, N. İ. Kravçenkoya məxsus konvert fabriki, F. Voroşilova məxsus saat mağazası[2].

1920-ci ildə sovet hökuməti qurulduqdan sonra bina milliləşdirilmişdir. İkinci mərtəbə yaşayış yeri kimi istifadə olunmağa başlanılır. İkinci dünya müharibəsindən sonra bina yenidən təmir olunmuşdur. 1950-ci illərdə birinci mərtəbə «Bərbərxana», «Şirniyyat mağazası», «Piyvəxana» kimi istifadə edilirdi.

1990—2000-ci illərdə bina dəfələrlə öz sahibini dəyişmişdir. Hər gələn yeni sahib müəyyən dəyişikliklər edirdi. 2010-cu illərdə binada əsaslı təmir olmuşdur. Nəticədə bina öz ilkin görüşünü itirmişdir. Birinci mərtəbə idə yaşıl rəngə boyanmışdır[3]. 28 sentyabr 2013 ildə binada yanğın olmuşdur[4].

Nasalitin binası (solda)

Bolşoy Sadovnya küçəsi və Kirovskaya prospektində yerləşən yerləşir. Bina iki mərtəbəli olub kəpiçdən inşa edilmişdir. Masalitin binası Eklektika stilində inşa edilsədə barokko və klassizm əlsmətləri vardır. Bina baralyeflərlə bəzədilmişdir. Binanın fasadı kərpiç dekorkarla bəzədilmişdir.

  1. "Rostov-na-Donu". Rostov vilayətinin rəsmi saytı. 2013-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-28.
  2. "Доходный дом К.А. Ворожеина (Дом П. Масалитиной)". voopiik-don.ru. 2018-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-15.
  3. "Доходный дом Ворожеина не прошел проверку". ГТРК Дон-ТР. 2014-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-16. (rus.)
  4. Evdokiya Vetrova. "Ristovun mərkəzində «Nyu-York» restoranında yanğın olmuşdur". donnews.ru. 2013-09-28. 2013-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-16.