Massaçusets Amherst Universiteti — ABŞ-ın Massaçusets ştatının Amherst şəhərində yerləşən dövlət universiteti.
Massaçusets Amherst Universiteti | |
---|---|
42°23′20″ şm. e. 72°31′40″ q. u.HGYO | |
Əsası qoyulub | 1863 |
Tələbə sayı | 31.350[1], 24.209[1] |
Ölkə | |
Sayt | umass.edu |
Vikianbarda əlaqəli mediafayllar |
Massaçusets Amherst Universiteti ölçüsünə və tələbə sayına görə Massaçusetsin ən böyük universitetidir.[3]
Universitet "R1: Doktorantura — Yüksək Tədqiqat Fəaliyyəti" kateqoriyasına aiddir.[4] Milli Elm Fondunun məlumatına görə, universitet 2018-ci ildə tədqiqat və inkişafa 211 milyon dollar xərcləyib.[5]
Universitet 1863-cü ildə Kənd Təsərrüfatı Kolleci adı ilə açılmışdır. 1931-ci ildə o, Massaçusets Dövlət Kolleci adlandırıldı. Daha sonra 1947-ci ildən bir neçə universiteti birləşdirərək böyüdü və o vaxtdan bəri Massaçusets Universiteti adını daşıyır.
2003-cü ildə Massaçusets ştatının qanunverici orqanı Massaçusets Amherst Universitetinin tədqiqat universiteti və "Massaçusets Universitetinin flaqman kampusu" kimi təyin etdi.[6][7]
Universitetdə təqribən 1300 tam ştatlı professor-müəllim heyəti çalışır.[8] Universitetin məktəb və kollecləri təşkil olunub. Massaçusets Amherst Universiteti 111 bakalavr dərəcəsi, 75 magistr dərəcəsi və 48 doktorantura dərəcəsi təklif edir.[8]
US News & World Report-un Amerikanın Ən Yaxşı Kolleclərinin 2021-ci il buraxılışında Massaçusets Amherst Universiteti "Ən yaxşı Milli Universitetlər" siyahısında 66-cı yerdə və ABŞ-ın dövlət universitetləri arasında 26-cı yerdə qərarlaşıb.[9] Universitet İngiltərə Ali Təhsil Komissiyası tərəfindən akkreditə olunub.[10]
Ağ Ev Massaçusets Amherst Universitetini dörd il ardıcıl olaraq könüllülük, xidmət öyrənmə və vətəndaş iştirakına sadiqliyinin tanınması üçün ali təhsilə xidmətinə görə Prezidentin Fəxri siyahısına daxil etmişdir.[11]
Karnegi Tədris İnkişafı Fondu universiteti “Yerli ictimaiyyətin iştirakı ilə məşğul olan universitet” adlandırıb.[12]
Universitet 2008–2009-cu tədris ilində Fulbrayt Mükafatı qaliblərinin ən yaxşısı seçildi. Bundan əlavə, 2010-cu ildə o, "Amerikanın 2010-cu il Tədris Korpusu üçün tədris etməyə töhfə verən Ən Yaxşı Kolleclər və Universitetlər" arasında qalib olmuşdur.[13]
Universitetin kampusları 1,450 hektar torpaqda,[14] əsasən Amherst və qismən qonşu olan Hadley şəhərlərində yerləşir.
Şəhərciyə akademik binalar və tədqiqat laboratoriyaları, kitabxanalar, universitetə məxsus yaşayış kompleksləri, idman meydançaları, kiçik inzibati binalar və dayanacaqlar daxildir. Həmçinin bura Həyat Elmləri Laboratoriyaları və İnteqrasiya edilmiş Tədris Mərkəzi daxildir.[15]
W.E.B. Du Bois kitabxanası — hündürlüyünə görə dünyanın ən hündür akademik tədqiqat kitabxanasıdır.[16] Kitabxana innovativ memarlıq dizaynı ilə məşhurdur. Burada görkəmli insanların xatirələri, sənədləri və digər mühüm kolleksiyalar saxlanılır.
Elm və Texnologiya Kitabxanası — kampusdakı digər kitabxanadır.
Avropadan kənarda Şərqi Alman filmlərinin yeganə arxivi və tədris kolleksiyası olan DEFA Film Kitabxanası, eləcə də Şirli Qrem Dü Bois kitabxanası Massaçusets Universitetinin korpusunda yerləşir.
Kampusun təhlükəsizliyinə, yaşayış otaqlarına giriş, təcili yardım telefonları, işıqlı səkilər və nəqliyyat vasitələrinə 24 saat kampus polisinin patrul xidməti nəzarət edir.[17]
Universitetinin şəhərciyi müxtəlif bədii məkanlar təklif edir. Ən görkəmlisi 1975-ci ildə inşa edilmiş Təsviri İncəsənət Mərkəzidir (Fine Arts Center). FAC il boyu kampus məkanlarına teatr, musiqi və rəqs tamaşalarını təqdim edir. Mərkəzdəki muzey 2600-ə yaxın əsərdən ibarət daimi müasir incəsənət kolleksiyasına malikdir və hər il çoxsaylı vizual incəsənət sərgiləri, həmçinin seminarlar, master klasslar və rəssam rezidensiyalarına ev sahibliyi edir.[18]
Massaçusets Amherst Universitetinin çoxməqsədli arenası olan Mullins Center[19], oratorların çıxışları, rok konsertləri və Brodvey şouları da daxil olmaqla, müxtəlif tamaşalara ev sahibliyi edir.
Bundan əlavə, musiqi, rəqs və teatr departamentlərinin çoxsaylı tələbə qrupları il boyu incəsənətə həsr olunmuş yeni çıxışlar təqdim edir.
Kino Tədqiqatları üzrə İdarələrarası proqram 1991-ci ildən kampusda Massaçusets Film Festivalını təşkil edir.[20]
Massaçusetts Daili Kollegian — Massachusetts Amherst Universitetinin rəsmi qəzeti təqvim semestrində bazar ertəsindən cümə axşamına qədər nəşr olunur.
VMUA tələbələr tərəfindən idarə olunan radio stansiyası olaraq Qərbi Massaçusets, Şimali Konnektikut və Cənubi Vermont ştatlarında xidmət göstərən federal lisenziyalı qeyri-kommersiya yayımçısıdır. Stansiya Massaçusets Universitetininn tələbələri və professor-müəllim heyəti tərəfindən idarə olunur.
Massaçusets Universiteti Milli Kollec Atletika Assosiasiyasının (MKAA) üzvüdür. Universitet Atlantik komandasının, eyni zamanda Buz xokkeyi Assosiasiyasiyasının üzvüdür.
Massaçusets Amherst Universitetinin Atletika Departamenti hazırda universitetlərarası beysbol, basketbol, buz xokkeyi, reqbi, üzgüçülük, atletika və s. idman növlərinə sponsorluq edir.[21]