Materialşünaslıq — materialların həm bərk, həm də maye halında xassələrinin müxtəlif amillərin təsiri altında dəyişməsini öyrənən elmdir. Öyrənilən xassələrə: maddələrin strukturu, elektron, termiki, kimyəvi, maqnit, optik xassələri aiddirlər. Materialşünaslıq fizika və kimyanın materialların xassələrini öyrənən bölmələri ilə bağlıdır. Bundan əlavə bu elm sahəsi materialların strukturunu öyrənən bir çox metodlardan istifadə edir. Əməktutumlu məmulların istehsalı zamanı əsasən də mikro və nano ölçülərdə materilın xassələrini, xarakteristikasını və quruluşunu dəqiq bilmək lazımdır. Bu tapşırıqların həlli materialşünaslığa həvalə olunur.
Materialların strukturunu və xassələrini bilməklə prinsipial yeni məhsulların və sənaye sahələrinin yaranmasına yol açır. Ancaq klassik sahələr də materialşünas alimlərin əldə etdikləri biliklərdən problemlərin həlli, məhsulun çeşidini artırmaq, təhlükəsizliyin artırılması və maya dəyərinin azaldılması üçün istifadə edirlər.