MathWorks-ABŞ-nin özəl riyazi hesablama proqram təminatı sahəsində ixtisaslaşan korporasiyasıdır. Onun əsas məhsulları sırasına MATLAB və Simulink daxildir. Sənayedə və dövlət idarələrində onların tətbiqindən əlavə, şirkətin məhsulu bütün dünya universitetlərində pedaqoji və elmi axtarışlar üçün istifadə olunur.
MathWorks | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | özəl şirkət[d] |
Sənaye | proqram təminatı tərtibatı |
Məhsulları | MATLAB, proqram təminatı[1] |
Təsis tarixi | 7 dekabr 1984 |
mathworks.it | |
Vikianbarda əlaqəli mediafayllar |
MathWorks korporasiyasının əsası 7 dekabr 1984-cü ildə Con Little (Prezidenti və İcraçı Direktoru), Kliv Moler (Baş Elmi İşçi), Stiv Bangert tərəfindən Kaliforniyada qoyulub. Onun əsas məhsulu olan Matlab həmin ildə Nevada ştatı Las Veqasda İEEE Konfransında ictimaiyyətə təqdim edilib.[2] Şirkət 1985-ci ilin fevralında Massaçusets Texnologiya İnstitutuna 500 dollara 10 nüsxə Matlab satıb.[3]