Matsalu Milli Parkı

Matsalu Milli Parkı (est. Matsalu rahvuspark) — Estoniyanın qərbində, Kazari çayının aşağı axınında, Baltik dənizinin Matsalu körfəzinin sahil zolağı və Moonzund arxipelaqının 50 adasını özündə birləşdirən milli park[1]. Matsalu Milli Parkı Kasari çayının deltası və ətraf əraziləri - subasar zonası, düzənliklər, sahil çəmənlikləri, qamışlıqlar, meşəliklər, meşəli çəmənliklər ərazisini əhatə edir. Milli park Matsalu körfəzinin sahilini əhatə edən ümumi sahəsi 486.1 km² (187.7 kvadrat mil) təşkil edir. Mühafizə olunan ərazinin 224.3 km² sahəsi qurunun, 261.8 km² sahəsi isə suyun payına düşür[2]. Matsalu körfəzi dayazlığı, duzluluğu və qidalı maddələrlə zənginliyi ilə seçilir. Körfəzin uzunluğu 18 km və eni 6 km, orta dərinliyi 1.5 metr (5 fut) və maksimal dərinliyi 3.5 m (11 fut) təşkil edir. Körfəzin sahili təxminən 165 km-dir (102.5 mil).

Matsalu Milli Parkı
est. Matsalu rahvuspark
Sahəsi 486,1 km2 ha
Yaradılma tarixi 1957
Yerləşməsi
58°48′36″ şm. e. 23°35′49″ ş. u.HGYO
Ölkə  Estoniya
keskkonnaamet.ee
Matsalu Milli Parkı xəritədə
Matsalu Milli Parkı
Matsalu Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Parkın müasir ərazisində ornitoloji tədqiqatlar 1870-ci ildən bəri aparılır. Tartu Universitetinin Təbiət Tarixi Muzeyinin kuratoru Valerian Russou Matsalu körfəzi yaxınlığında quşlar haqqında qısa məlumat verdi[3]. 1928-1936-cı illər arasında Eerik Kumari Matsaluda quşları araşdırdı və 1936-cı ildə orada quş qoruma bölgəsi yaratmağı təklif etdi. 1957-ci ildə ornitoloji qoruq, ovçuluq elmi-tədqiqat və təcrübə təsərrüfatı (əvvəlcə ehtiyat kimi), təbii komplekslərin və müxtəlif quş faunasının (təxminən 280 növ, o cümlədən 160-dan çox damazlıq) qorunması üçün təşkil edilmişdir.

Fauna və flora

[redaktə | mənbəni redaktə et]

Parkın fauna və florasına 280 növ quş, 49 növ balıq, 47 növ məməli və 772 növ damarlı bitki daxildir. Qərbi Estoniya sahilləri boyunca köçəri quşların ən əhəmiyyətli köç yollarından biri buradan keçir. Qoruqda su quşları və bataqlıq quşları üstünlük təşkil edir. Köçəri quşlara harayçı qu quşu, şimal ördəkləri və cüllütləri göstərmək olar. Bataqlıqlarda yuva quran quşlar: Harayçı qu quşu, boz qaz, yaşılbaş ördəkqırmızıbaş qaraördək. Qamışlıqlarda çay ördəkləri və çüllütlərin çoxu yuva qurur. Adalarda qaqa, kəkilli qaraördək, ala ördək, pazdimdik, qılquyruq, qağayı və cüllüt.

  1. "RMK - Matsalu National Park". State Forest Management Centre (RMK). 25 June 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 May 2010.
  2. "Matsalu looduskaitseala". Keskkonnaregistri avalik teenus (Estonian). Keskkonnaregister. 2009-04-24. 2011-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 May 2010.
  3. Väljal, Enno. Matsalu roostikus, randadel ja vetel (eston). Tallinn: Eesti Raamat. 1980.