Metyu Buçinger (Matthew Buchinger; 2 iyun 1674 - 17 yanvar 1740), və yaxud da Matthias Buchinger, alman sənətçisi, sehrbaz, xəttat idi. O, dünyaya əlləri və ayaqları olmadan, 74 sm boy ilə gəlmişdir. Onun illüstrasiyaları çox kiçik mətnlərdən ibarət olurdu.
Matthias Buchinger | |
---|---|
Matthew Buchinger | |
| |
Doğum tarixi | |
Doğum yeri | Almaniya, Ansbach |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | İrlandiya, Cork |
Fəaliyyəti | hoqqabaz, boyakar[d], xəttat, musiqiçi |
Vikianbarda əlaqəli mediafayllar |
Buçinger 2 iyun 1674-cü ildə Almaniyanın Ansbach şəhərində, əlləri və ayaqları olmadan doğuldu. Onun valideynləri yaxşı rütbələrə sahib idilər. Onlar uşaqlıq dövründə Buçingeri digərlərindən gizlətməyə çalışırdılar. Byüdükdən sonra onlar Buçingeri işlə təmin etmək istədilər, lakin bunda da əziyyət çəkdilər. Sonda isə bu fikirdən əl çəkməli oldular. Buçinger öz fiziki cəhətdən gözəl qəhrəmanları ilə birliktə, bütün Şimali Amerikanın kral və aristokratlarını əyləndirmək üçün səyahətlərə çıxırdı. Ona "Nürnberqdən kiçik adam" deyə də səslənirdilər. Buçinger Nürnberqdə özünü 3 dəfə nümayiş etdirdi və onu üç ardıcıl Almaniya imperatoru gördü. 1700-cü illərin əvvəllərində İngiltərəyə yola düşməzdən əvvəl Şotlandiyaya getdi, burada da zadəgan və padşahların qarşısında özünü nümayiş etdirdi. O, 1720-ci ildə Dublin, 1722-ci ildə isə Belfast şəhərində ictimai nümayişlər təşkil edən İrlandiyaya köçdü. Buçinger dörd musiqi alətində tam qüsursuz çala bilir, çox ustalıqla xəttatlıq edirdi. Bu günün özündə kimsənin baş aça bilmədiyi sehrbazlıq oyunları çıxarırdı. O, şüşə butulka içində gəmilər tikməyi xoşlayırdı. Əlilliyini nəzərə aldıqda, bu çox böyük bir bacarıq idi. O, insanların üzlərini, çiçəkləri, quşları, paltarları və digər əşyaları çox gerçək şəkildə çəkirdi. Buçingerin ərsəyə gətirdiyi ən gözəl əsəri öz portretidir. Bu portreti yaxından araşdırdıqdan sonra məlum oldu ki, Buçinger saçının qıvrımlarında Yeddinci Müqəddəs Zəbur və Rəbbin dualarını yazıb. O, 17 yanvar 1740-cı ildə İrlandiyanın Kork (Cork) şəhərində vəfat edib.
Buçinger 4 dəfə ailə həyatı qurub və 8 qadından 14 uşağı olub. Şayiələrə görə onun daha 70 qadından uşaqları olub.
Böyükşəhər İncəsənət Muzeyi onun 16 qrafik əsərini "Wordplay: Matthias Buchingerin Ricky Jay Kolleksiyasından Əsərləri" adı ilə təqdim edir.
Bu məqalə qaralama halındadır. |