Mavrokordatonun binası

Mavrokordatonun binasıRostov vilayəti Taqanroq şəhəri ərazisində zirzəmiyə sahib bir mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 301 qərar 18 noyabr 1992-ci ildə qəbul olunmuşdur. Bina Matvey Stomateviç Mavrokordatoya mənsub olmuşdur.

Mavrokordatonun binası
rus. Дом Маврокордато
Xəritə
47°12′57″ şm. e. 38°55′50″ ş. u.HGYO
Ölkə  Rusiya
Şəhər Taqanroq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adres: Taqanroq ş, Qreçeskaya küçəsi, 101[1]

Zirzəmiyə sahib olan bir mətəbədən ibarət olan binanım fasadı yarım kolonnalar ilə bəzədilmişdir. Bina 1830-cu illərdə inşa edilmişdir. Binanın fasadımda olan elementləri böyük hissəsi mavi, kiçik elementlər isə ağ rəngdədir. 1870-ci illərdə bonanın sahibi taqanroqlu tacir Anton Sarandiaki olmuşdur. Sonradan isə yunan tabelesi Yekaterina Mixaylovna Kalvokoresi olmuşdur. 19 yaşında Yekaterina Mixaylovna Kalvokoresi yunan Mixal İvanoviçlə nişanlanmışdır.

ХIХ əsrin sonlarında binanı xüsusi mülk olaraq yunan tabelisi Matvey Stomateviç Mavrokordato satın almışdır. Onun atası Sotimato Matveeviç 1830-cu ildə, anası Virqiniya Nikolayevna Averino 1841-ci il doğumlu olmuşdu. Onlar 1858-ci ilin yanvarında Yunan kilsəsində evlənmişdir.

Onlar Qreçeskaya küçəsi ev 100 yerləşən öz evlərini yaşayış mənzilləri və kontorlar kimi icarəyə vermişdilər. Burada 1910-cu illərdə İvan İvanoviç Korsun yaşamışdır. Ston və Veksleraya məxsus aqentura-komission kontor yerləşmişdir. Taqanroqlu Puzanov binanın mənzillərimdə yüngül əxlaqlı cavan adamların görüşünü təşkil edirdi.

Sovet hakimiyyəti qurulduqdan sonra 1925-ci ilə qədər binanın sahibi tacirlər М. А. və Y. М. Berkoviçlər olmuşdur.

1925-ci ildən bina milliləşdirilmişdir. O zamanda bina yaşayış mənzillərinə bölünərək yaşayış binasına çevrilmişdir. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir.

  • Гаврюшкин О. П. По старой Греческой… (Хроника обывательской жизни). — Таганрог: Лукоморье, 2003. — 514 с. — ISBN 5-901565-15-0.
  1. "Таганрог ул. Греческая, 101". 2014-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-02.