Maya Neuenşvander (13 fevral 1989, Bern, İsveçrə) — İsveçrəni təmsil edən marafonçu. Maya Neuenşvander İsveçrəni 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi.
Maya Neuenşvander | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Maya Neuenşvander |
Vətəndaşlığı | İsveçrə |
Doğum tarixi | |
Boyu | 168 sm[1] |
Çəkisi | 53 kq[1] |
İdman növü | Yüngül atletika |
12 sentyabr 2016 tarixində yenilənib. | |
Vikianbarda əlaqəli mediafayllar |
Maya Neuenşvander birinci dəfə Olimpiadaya 2012-ci ildə qatıldı. O, Londonda baş tutan Olimpiya Oyunlarında yarışdı və məsafəni 2 saat 34 dəqiqə 50 saniyəyə qət edərək 118 marafonçu arasında 50-ci yeri tutdu.
Maya Neuenşvander növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 34 dəqiqə 27 saniyəyə qət edərək 157 marafonçu sırasında 29-cu yeri tutdu.