Mayakvari çətirgöbələk

Elmi adı - Macrolepiota nympharum (Kolchbr.) Wasser (M. puellaris (Fr.) M. M. Moser)

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU D2. Nadir növdür.

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Meyvə cismi torpaqda inkişaf edir. Papaqcıq 3-7 sm diametrindədir, lətli, yumurtavari, yetişdikdə qabarıqlı sərilmiş, təpəciyi ağ, hamar, səthin qalan hissəsi ağ lifli, üçbucaqlı pulcuqludur ki, onun da pulcuqlarının uc hissəsi bir qədər yuxarı qalxandır. Lövhələr sərbəst, kollariuma birləşmiş, sıx, ağ, sonradan açıq-qəhvəyi, əllə toxunduqda qəhvəyi rəng alır. Ayaqcıq 5-10 x 0,3-0,6 sm, yuxarıya doğru daralır, aşağı hissəsi kökyumrusunu xatırladır, ağımtıl, kirliqəhvəyi, lifli, hamar, yuxarı hissədə enli, hərəkət edən ağ halqacığı vardır. Ləti ağdır, kəsildikdə ayaqcığın əsasında rəngi bir qədər qızarır. Xüsusi dadı yoxdur, bir qədər turp iylidir. [1] [2] [3][4][5]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Humus saprotrofudur. Payızda sentyabr-oktyabr aylarında enliyarpaqlı meşədə rast gəlinir. [3][1][5]

Yayılması[redaktə | mənbəni redaktə et]

Naxçıvan Muxtar Respublikası ərazisidir (Şahbuz rayonu, Biçənək meşəsi).[5][3]

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Populyasiyasıyanın sayı azdır. [5][3]

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Məlum deyil, az tanınan yeməli göbələkdir. [5][3]

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Tək-tək rast gəlməsini nəzərə alaraq mühafizə edilməsi vacibdir. [6][3][5] Yeni bitmə yerlərinin aşkarlanması, biologiya və ekologiyasının ətraflı öyrənilməsi məqsədəuyğundur. [3][5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Васильева Л.Н., 1973;
  2. . Horak E. 2005;  
  3. 1 2 3 4 5 6 7 Azərbaycan Respublikasının Qırmızı kitabı  Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri II nəşr, Bakı-2013
  4. Sadıqov A.S., Seyidova H. 2008;
  5. 1 2 3 4 5 6 7 "Arxivlənmiş surət". 2017-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-10.
  6. Tərtibçilərin məlumatları.