Maye kristal

Maye kristallar- izotrop maye ilə bərk kristallik cisim arasında aralıq vəziyyətdə (mezomorf) olan maddələrə deyilir. Bir tərəfdən onlar axıcılıq xüsusiyyətinə və damcıvari halda olmaq qabilliyyətinə malikdirlər, digər tərəfdən isə onlar üçün ilk növbədə optik anizotropluq xarakterikdir. Maye kristalların strukturunun nizamlılığını təmin edən molekullararası qüvvənin zəif olması onların xassələrinin xarici faktorlardan (temperatur, təzyiq, elektrik sahəsi və s.) güclü asılılığının prinsipial əsasını təşkil edir. Bu asılılıqlar öz növbəsində müxtəlif təyinatlı indikator qurğularının layihələndirilməsində geniş imkanlar açır. Maye kristallar ilk dəfə 1888-ci ildə Avstriya botaniki F. Reynister tərəfindən kəşf edilmişdir. Lakin bu maddələr praktikada yaxın zamanlardan tətbiq olunmağa başlamışdır. Maye kristalların spesifik xüsusiyyəti mezofaz (yəni kristallik halı) halının məhdud temperatur intervalında mövcudluğudur. Maddə qızdırıldıqda faza dəyişməsini aşağıdakı sxem üzrə təsəvvür etmək olar: -bərk cisim-maye kristal-izotrop maye. Maye kristal halını molekulu uzun çubuqşəkilli formada olan üzvi birləşmələr yaradır. Maye kristalların çox hissəsini aromatik sıraya malik birləşmələr yəni molekulu benzol halqalarından ibarət birləşmələr təşkil edir. Belə maddəyə misal olaraq p-metoksibenziliden, p-n butilanilini göstərmək olar. Hazırda 3000-dən yuxarı üzvi birləşmə mezofaz halına malikdir. Bunların içərisində elələri vardır ki, onların mezofaz halının mövcud olduğu temperatur intervalına otaq temperaturu da daxildir. Maye kristalların xarakterik xüsusiyyətləri çox həssas temperatur vericilərinin iş prinsipinin əsasını təşkil edir. Maye kristal indikatorlar vasitəsilə temperaturun dərəcənin mində biri qədər dəyişməsini qeydə almaq olar. Rəngli termoindikatorlar texniki və tibbi diaqnostikada uğurla tətbiq olunur. Bunlar istilik sahəsinin rəngli diaqram formasında təsvirini almağa imkan verir. Maye kristalların tətbiqi hələlik indikator qurğuları ilə məhdudlaşır. Belə qurğulara displeylər, geniş formatlı tablolar, mikrokompüterlər, rəqəmli indikatorlar aiddir. Bu indikatorların bir sıra üstünlükləri vardır:

1)Parlaq işıqda yüksək kontrastlıq;

2)Tələb olunan gücün azlığı;

3)İşçi parametrləri və konstruksiyasına görə inteqral sxemlərə uyğunluğu;

4)Hazırlanmasının sadəliyi və ucuzluğu.

Qeyd edək ki, maye kristallarda indikasiya üçün ətraf mühitin işığından istifadə olunur. Bu göstərici işıq yollarının tozvari və pərdəşəkilli elektrolüminoforların və qaz boşaldıcılı indikatorların uyğun göstəricisindən bir neçə tərtib aşağıdır. Maye kristal əsaslı indikatorların prinsipial çatışmazlığı onların iş rejiminin aşağı sürətli olması, eləcə də elektrik və fatokimyəvi köhnəlmələrə meyilliyidir. Maye kristalların bəzi xüsusiyyətləri onlardan işıq selinin idarə olunması üçün nəzərdə tutulmuş elektrooptik gözlüklərdə istifadə olunmasına imkan verir. Dielektrik araqatları ilə bir-birindən ayrılmış iki şüşə lövhə arasında qalınlığı 5–30 mkm olan maye kristal təbəqəsi vardır. Altlıqların daxili səthinə idarə olunan elektrodlar çəkilir. Elektrooptik gözlük həm işıq zolağı, həm də əksetmə rejimində işləyə bilər. Axırıncı halda elektodlardan biri qeyri-şəffaf hazırlanır.

Fransız fiziki İ. Fridel maya kristalları 3 qrupa ayırmağı təklif etmişdir.

  1. Smektik
  2. Nematik
  3. Xolesterik.

Smektik tip maye kristallar həqiqi kristallara daha yaxın quruluşa malikdir. Onlar 2 ölçülü qaydalı quruluşa malikdir ki, buda kristalların 3 ölçülü quruluşuna oxşardır. Nematik maye kristalla rın səthi düzülüşü xətti və nöqtəli düzülüşdür. Xolesterik tip maye kristallarda quruluşda parallel istiqamətlənmiş laylar yaranır.bu laylarin istiqamətləri bir-birinə burulmuş olur.

  • Maye kristalların tətbiq sahələri çox genişdir :
  1. qol saatları, kalkulyarorlar üçün indikatorlar
  2. televizorların maye kristal ekranı
  3. optiki mikrofonların hazırlanmasında
  4. stereotelevizorlarda
  5. kosmonavtlar üçün eynəklərlərdə

Maye kristallar birləşmələrin molekulları mezogen adlandırılır. Onların tətbiq sahələri getdikcə daha da genişlənir.

  1. Жидкие кристаллы (под редакции С. И. Жданова) Москва , Изд. Химия, 1979,стр- 1–326.
  2. В. А. Беляков. " Жидкие кристаллы " Изд . Знания,Москва .стр 1–160.
  3. M. S. Salahov, A. A. Əfəndiyev, A. M. Məmmədov, M. Ə. Allahverdiyev, S. Ə. Muradova Fəza səciyyəli k\terminləri və onların izahı . Maye kristallar. Bakı Universitetinin xəbərləri, Təbiət elmləri seriyası № 2 ,2004.
  4. Браун Г., Уолкен Дж. Жидкие кристаллы и биологические структуры. Перевод с анг. проф. А. А. Веденова. Москва: Мир, 1982, 198 с.
  5. Блинов Л. М. Жидкие кристаллы: Структура и свойства. Москва: Либроком. 2013, 480 с.