Maye oksigen – mavi rəngdə, şəffaf, yüngül hərəkətli, adi temperaturda tez buxarlanan mayedir.
Maye oksigen yanmır, lakin onun ətraf atmosferə müntəzəm şəkildə buxarlanması atmosferdəki oksigenlə birləşib, intensiv yanğın törədə bilər. 1 litr maye oksigen buxarlandıqda 140C-də 830l oksigen yaradır. Qaynama temperaturu 183; sıxlıq – 1, 13 kq/m3
Maye oksigeni adi havanın — 1940C qədər donduqda alınan maye havanın fraksiyalaşdırma ilə alınır. Maye oksigenin saxlanılması: reaktiv yanacaqların misal üçün spirtlərin və onların qarışığının oksidləşdiricisi kimi geniş istifadə olunur. Adətən isti izolyasiyası olan və yaxud müxtəlif həcmli(5–50m3), tank rezervuarlarda saxlanılır. Daxildəki şar şəklində olan rezervuar bürüncdən hazırlanır.buxarlanan oksigeni havaya ötürmək üçün maye oksigeni saxlayan rezervuarların atmosferə çıxışı olmalıdır. maye oksigen saxlanılan rezervuarların həcmi kiçik olarsa (1000–1200 l) buxarlanan oksigenin itkisi əvvəlki həcmdən saatda 0,5–0,7% təşkil edir. Açıq qablarda saxlandıqda izolyasiya olmadan oksigenin buxarlanması çox intensiv şəkildə dəqiqədə 1–3%-ə çatır. Həcmi 50m3 olan və izolyasiyası möhkəm olan rezervuarlarda saxlanan maye oksigenin itkisi sutkada 0,2%-ə bərabərdir. Maye oksigenlə işləyən zaman təhlükəsizlik qaydalarına riayyət etmək lazımdır. Maye oksigen parça yaxud taxta ilə kontaktda olarsa, möhkəm partlayış əmələ gəlir, metalla kontaktda olarsa metal kövrək olur və qırılır. Mühafizə olunmayan bədən nahiyələrə düşərsə ağır yanğın əmələ gətirir. Odur ki, maye oksigen işləyən zaman mütləq dəri əlcəklərdən istifadə etmək lazımdır.