Meşə gözətçisi

Meşə gözətçisi - dövlət meşə mühafizəsinin işçisi, meşə təsərrüfatının işçisi. Meşə gözətçisinə meşə dolayısı təyin edilir, ona dolayının pasportu verillir, forma, ov silahı verilir. Meşəçilik məktəbində, texnikumda, və ya xüsusi kurslarda təhsil almış şəxslər meşə gözətçisi vəzifəsinə qəbul edilirlər. Meşə gözətçisi birbaşa meşəbəyiyə tabedir. Meşələrin mührafizəsi funksiyalarını rayon meşəbəyiləri və dövlət meşə müfəttişləri həyata keçirirlər.

Meşə gözətçisinin vəzifələri[redaktə | mənbəni redaktə et]

Meşə gözətçisinin mühafizəsi altında olan dolayının pasportuna uyğun olaraq bütün dövlət əmlakı - tikililər, torpaq sahələri, əkinlər və digər obyektlər və əmlak var.

Meşə gözətçisi meşə yanğınlarının qarşısının alınması, aşkar edilməsi və söndürülməsi üçün tədbirlər görür, ərazidə ağac zərərvericilərinin və xəstəliklərinin aşkar edilməsi barədə meşə təsərrüfatına məlumat verir.

Meşə gözətçisi ov etmək və meşədə təsərrüfat fəaliyyəti (kəsmə, ot biçmə, otarmaq) hüququna dair sənədləri yoxlamağa, meşə pozuntularına, ovçuluq qaydalarının pozulmasına, yanğın təhlükəsizliyinə dair aktlar tərtib etməyə borcludur.

Həmçinin meşə əkini, seyreltilməsi və meşə bitkilərinə qulluq üzrə digər işlərə, meyvələrin, göbələklərin toplanmasına meşəbəyi rəhbərlik edir; ağac kəsilməsi və müxtəlif təsərrüfat işlərinin həyata keçirilməsi üçün sahələrin ayrılmasında iştirak edir.

Meşə gözətçisi ona həvalə edilmiş meşə dolayısı ərazisində baş verən bütün meşə qanunvericiliyinin  pozulması hallarına birbaşa cavabdehlik daşıyır  və meşəbəyiyə, meşə mühafizə mühəndsinə, baş meşəbəyiyə və direktorla tabedir.

Meşə gözətçiləri mühafizə etdikləri  meşə dolayısı ərazisində olan çığırların, çayların, sü mənbələrinin yerlərinin dəqiq bilməlidirlər.

Meşə gözətçisi mühafizəsi altında dolayının pasportuna uyğun olaraq  dolayı ərazisində yerləşən  bütün dövlət əmlakı - tikililər, torpaq sahələri, əkinlər və digər obyektlər və əmlakların mühafizəsinə borcludur.

Meşə gözətçisi meşə yanğınlarının qarşısının alınması, aşkar edilməsi və söndürülməsi üçün tədbirlər görür, ərazidə ağac zərərvericilərinin və xəstəliklərinin aşkar edilməsi barədə meşə təsərrüfatına məlumat verir.

Meşə gözətçisi ov etmək və meşədə təsərrüfat fəaliyyəti (kəsmə, ot biçmə, otarmaq) hüququna dair sənədləri yoxlamağa, meşə pozuntularına, ovçuluq qaydalarının pozulmasına, yanğın təhlükəsizliyinə dair aktlar tərtib etməyə borcludur.

Meşə gözətçisi həmçinin meşə əkini, seyreltmə və meşə bitkilərinə qulluq, meyvə və toxumların toplanması üzrə digər işlərə rəhbərlik edir; ağac kəsmə və müxtəlif təsərrüfat işlərinin həyata keçirilməsi üçün sahələrin ayrılmasında iştirak edir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Meşə gözətçisi // Meşə təsərrüfatının ensklopediyası— М.: ВНИИЛМ, 2006. — Т. 1. — С. 357. — ISBN 5-94737-022-0.