Meşə mühafizə mühəndisi

Meşə mühafizə mühəndisi-peşə [1] meşə təsərrüfatı üzrə mütəxəssis, meşə təsərrüfatının və ya rayon meşə təsərrüfatının mühafisə üzrə rəhbəri.Meşə mühafizə mühəndisi meşə mühafizəsi üzrə köməkçiyə və dövlət müfəttişinə (bir və ya bir neçə nəfər) tabedir. Meşə mühafizə mühəndisi vəzifəsinə ali və orta texniki meşə təhsili və meşə təsərrüfatında təcrübəsi olan şəxslər təyin edilir.

Meşə mühafizə mühəndisinin səlahiyyətləri və vəzifələri[redaktə | mənbəni redaktə et]

Meşə mühafizə mühəndisi müəssisənin direktoruna tabe olmaqla onunla birlikdə meşələrin mühafizəsinə cavabdeh şəxsdir. Meşə mühafizə mühəndisi aşağıdakıları həyata keçirir:

1) Mütəmadi olaraq meşəbəyliklərdə meşələrin mühafizə vəziyyətinə nəzarət həyata keçirir,

2) Meşəbəyilərin,meşəbəyi köməkçisinin, meşə gözətçilərinin və yanğın gözətçilərinin texniki səviyyəsinin artırılması barədə tədbirlərin həyata keçirir,

3) Əhali arasında meşələrin qorunub mühafizə olunması və yanğından qorunması barədə marifləndirmə işlərinin aparır,

4) Meşəpozuntuları barədə akt-protokol tərtib edilməsinin düzgünlüyünə nəzarət edir və onların uçotunu aparır,

5) Meşə təsərrüfatında Meşəbəylik ərazisində yandın əleyhinə illik tədbirlər planın tərtib edir,

6) Meşəbəyliklər ərazisində yanğın əleyhinə aparılan tədbirlərə və meşə yanğınlarının söndürülməsinə rəhbərlik etməyə,

7) Meşə ərazilərində kordonların düzgün istifadə olunmasına, silah , sursatların istifadə və saxlama qaydalarına nəzarət edir.

8) Direktorun göstərişinə əsasən hüquq-mühafizə orqanlarında meşə təsərrüfatını təmsil etməyə,

9) Kənar təşkilatlara meşələrin qorunması, yanğından mühafizəsi, meşələrdən səmərəli və uzunmüddətli istifadə barədə texniki köməklik göstərməyə