Meşənin təbii bərpası

Meşənin təbii bərpası – meşə çətri altında, meşəqırma sahələrində, meşə yanğını yerlərində meşənin yeni nəslinin yaranması prosesi[1].

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Meşənin təbii bərpası toxumla, kötük pöhrələri ilə, kök bicləri ilə gedir. Meşənin təbii bərpasının intensivliyi fiziki-coğrafi şəraitdən, meşə tipindən, meşəqırma üsulundan və ağac cinslərinin meşəçilik xüsusiyyətindən asılıdır. Fizikicoğrafi mühit meşənin bərpası üçün meşə zonasında daha əlverişlidir. Meşənin təbii bərpası zamanı ağac cinslərinin dəyişilməsi (suksessiya) müşahidə olunur. Meşənin təbii bərpasına kömək etmək məqsədilə meşəqırma sahəsində toxumluq ağaclar saxlanılır, torpaq yumşaldılır, toxumun cücərməsinə şərait yaradılır. Bəzən bu tədbirlərlə yanaşı seyrək və açıq sahələrdə, həmçinin ağac şitillərinin əkini və yaxud toxumunun səpini aparılır.

Meşəsalma, meşəyetişdirmə[redaktə | mənbəni redaktə et]

Meşəsiz regionlarda olan sahələrdə toxum səpmək və tinglər əkməklə süni meşə salınması. Meşəsalma üsulları iqtisadi cəhətdən məqsədəuyğun olaraq torpaq və iqlim şəraiti nəzərə alınıb seçilir. Meşəsalma zamanı müxtəlif səpin üsulları (dağınıq, cərgəli və s.) tətbiq edilir.

Meşəsizləşdirmə[redaktə | mənbəni redaktə et]

İnsan fəaliyyəti və ya təbii səbəblərdən müəyyən ərazidə meşənin sıradan çıxması. Meşəsizləşdirmə bir qayda olaraq biosenozun qalan komponentlərinin vəziyyətinə, tarazlığına, torpaq, su rejiminə və s. neqativ (fəlakətli) təsir göstərir.

Meşəşünaslıq[redaktə | mənbəni redaktə et]

Meşə haqqında təlim – meşəni təşkil edən ağac, kol, ot və s. bitki örtüyünü, meşə ilə mühitin əlaqəsini, meşənin bərpası və inkişafı qanunauyğunluğunu, onun susaxlayıcı, iqlimtəmizləyici xüsusiyyətlərini və s. elmi surətdə öyrənir.

Xarici keçid[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinad[redaktə | mənbəni redaktə et]

  1. Məmmədov Q.Ş., Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008