Hündürlüyü 3–3,5 m-ə qədər, gövdəsi zəif sarmaşan və çılpaq olan çoxillik ot bitkisidir. Bitki uzun sürünən kökümsova malikdir.[1]
Yarpaqlar adətən uzun saplaqlı, üçbucaq və ya enli yumurtaşəkillidir, sivri və ya küt sonluqludur, yarpağın qaidə hissəsi ürəkşəkilli və ya oxvaridir; nazik bölümləri tin-tin və ya kələ-kötür bölümlü olub, kütdür.
Çiçək oxu uzun və təkçiçəklidir. Tacı ağ rənglidir və çox böyükdür, uzunluğu 6–8 (9) smdir.
Qutucuğunun uzunluğu 1 sm, dəyirmidir və təpə hissədə kiçik ucluğu vardır. Toxumları yumurtaşəkili olub, çılpaqdır.
May-Avqust
Avqust-Sentyabr
BQ (Quba), BQ şərq, BQ qərb, Alazan-Əyriçay, KQ mərkəzi, Lənk. dağ., Lənk. oval. Ovalıqdan orta dağ qurşağına qədər.
Meşələrdə, meşə ətrafında, kolluqlarda, çay plantasiyalarında, çay boyunca və çay sahilində rast gəlinir.
Bitki haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |