Mediaforum.az

mediaforum.az
URL www.mediaforum.az
Dilləri Azərbaycan, rus və ingilis
Sahibi İnternyus-Azərbaycan
Redaktor Baş redaktoru: Azər Qaraçənli
Açılma tarixi dekabr 2004
Hazırkı statusu 1 yanvar 2015-ci ildən fəaliyyətini dayandırıb

mediaforum.azAzərbaycan dilində fəaliyyət göstərən informasiya portalı.

Haqqında[redaktə | mənbəni redaktə et]

2004-cü ilin dekabrında İnternyus-Azərbaycan İctimai Birliyinin layihəsi əsasında yaradılıb.[1] Layihəni ABŞ-ın Demokratiyaya Milli Yardım Fondu (National Endowment For Democracy) maliyyələşdirir. Daha çox jurnalist auditoriyası üçün nəzərdə tutulub. Sayt bir çox yerli və beynəlxalq təşkilatlarla tərəfdaşlıq edir.[2]

31 dekabr 2014-cü ildə “Media forum” saytının kollektivi məcburi məzuniyyətə buraxılıb. Bununla bağlı saytda məlumat da yayılıb. Məlumatda deyilir:
"Bu məcburi məzuniyyətin səbəbini izah etmək üçün öncə bildirmək istərdik ki, 2013 və 2014-cü illərdə ölkədə QHT qanunvericiliyinə bir sıra dəyişikliklər edilib. Həmin dəyişikliklərdən biri də qrant müqavilələrinin qeydiyyata alınması qaydası ilə bağlıdır. Yeni qaydaya görə, qeyri-kommersiya hüquqi şəxslər layihə həyata keçirərkən bağladıqları qrant müqavilələrini Ədliyyə Nazirliyində qeydə aldırmalı və nazirlikdən bunu təsdiqləyən müvafiq bildiriş almalıdır. Layihəsi qeydə alınmayan, yəni bildiriş ala bilməyən təşkilat qrant müqaviləsi üzrə bank əməliyyatı həyata keçirə bilməz.

Bu dəyişikliklər “Media forum” saytının da fəaliyyətinə təsirsiz ötüşməyib. Çünki “Media forum” saytı qeyri-kommersiya hüquqi şəxs olan “İnternyus Azərbaycan” İctimai Birliyinin layihəsidir. “İnternyus Azərbaycan” İctimai Birliyi yerli qeyri-hökumət təşkilatıdır, media layihələrini, o cümlədən “Media forum” layihəsini qrant müqavilələri əsasında reallaşdırır. “İnternyus Azərbaycan” İctimai Birliyi öz layihələri ilə bağlı qrant müqavilələrinə Ədliyyə Nazirliyindən bildiriş ala bilmədiyinə görə həmin layihələrin fəaliyyətini dondurmaq məcburiyyətində qalıb. “Media forum” saytının kollektivinin məzuniyyətə buraxılması bu məcburiyyətin tərkib hissəsidir."[3][4]

Sayt 1 yanvar 2015-ci ildə fəaliyyətini tam dayandırıb.[5]

Məqsəd və vəzifələri[redaktə | mənbəni redaktə et]

  • mühüm hadisələrlə bağlı xəbərləri, ekspert rəylərini çatdırmaq;
  • müxtəlif problemlər ətrafında interaktiv müzakirələr keçirmək;
  • media sahəsində çalışanları narahat edən məsələləri öyrənmək;
  • monitorinqlər, araşdırmalar aparmaq, analitik materiallar hazırlamaq;
  • insanların hüquq və azadlıqlarının müdafiəsində duran beynəlxalq və yerli təşkilatların hesabatlarını işıqlandırmaqla jurnalistləri vətəndaş cəmiyyətinin təşəbbüslərindən xəbərdar etmək;
  • məsuliyyətsiz jurnalistikaya qarşı ardıcıl tənqidi mövqe tutmaqla jurnalistikanın keyfiyyətcə inkşafına yardımçı olmaq.[6]

2005-ci ilin dekabrından sayt Azərbaycan dili ilə yanaşı, rus dilində də yayılır. İngilis dilində isə saytda materialların həftəlik xülasəsi verilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Mediaforum-un veb saytı". 2017-02-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-20.
  2. "Mediaforum.az - Tərəfdaşlar". 2017-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-20.
  3. ""Media forum" saytının kollektivi məzuniyyətə buraxılıb" (az.)). mediaforum.az. 2014-12-31. 2015-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-20.
  4. ""Mediaforum" saytı fəaliyyətini dayandırdı" (az.)). meydan.tv. 2015-01-01. 2017-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-03.
  5. ""Media forum" saytının oxucularına" (az.)). mediaforum.az. 2015-01-01. 2015-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-20.
  6. "Mediaforum.az - Sayt haqqında". 2012-08-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-20.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]