Bu məqaləni vikiləşdirmək lazımdır. |
Meditasiya – latıncadan "meditatio" , "meditor" – düşünürəm, ayırd edirəm mənasını ifadə edir. Meditasiya insan zehnini bir fikrə cəmləyir, bədəni sakitləşdirir və düşüncəni başqa aləmə yönəldir. Meditativ məşqlər müxtəlif olur. Bəzən meditasiyanın bir neçə üslublarını birləşdirib mürəkkəb meditasiya edirlər.
Meditasiya əslində, çox qədim bir üslubdur. Hətta ola bilsin ki, qədim Misirdə və hətta mayalılar da öz dövlərində meditasiya ilə məşğul olublar. Amma meditasiyanın əsas inkişaf və istiqaməti hind yoqası və buddizmdə olub. Müsəlmanlarda isə buna aid sufizm var. Təsəvvüf , və ya sufizm İslamda geniş yayılmış ezoterik dini və fəlsəfi cərəyandır. Təsəvvüf İslam dinindəki mənəvi həyatın və əxlaqi dəyərlərin adıdır. Bu fəlsəfi — dini təlimdə insanın nəfsi ilə mücadilə edərək onu islah və tərbiyə etməsi, öz varlığından və dünyadan keçərək, Allaha qovuşması məqsədi izlənilir. Bəzi sufilərə görə, təsəvvüf sülhü olmayan bir savaş, nəfsə qul olmamaq, şeytana alçalmamaq, nəfsin nəsibini tərk edərək haqqın nəsibini axtarmaq, zahirdən uzaqlaşıb batinə yaxınlaşmaq, əziyyətləri gizləmək, comərdlik, zəriflik və təmizlik olaraq qiymətləndirilir. Sufilər və müsəlman müəlliflərinin əksəriyyətinə görə, təsəvvüfün qaynağı Quran və Məhəmməd peyğəmbərin hədisləridir. Təsəvvüfün tək bir şəkli olduğu deyilə bilməz. Quran və şəriətə sıx bağlı bir şəkildə, tamamilə şəriətə uyğun təsəvvüf anlayışı ilə yanaşı, şəriət xaricində əsaslara dayanan batini-ifratçı sufi anlayışları da İslam dünyaslnda çox geniş yayılmışdır. Bunların bir çoxunda isə başqa din və fəlsəfi cərəyanların təsirini görmək mümkündür.
Müasir psixoterapiyalarda meditativ metodlar çox istifadə edilir. Hesab edilir ki, meditasiya bədənin rahatlaşması, dincəlməsi, stressdən azad olma, lazımsız həyəcan və düşüncələrdən fikrin təmizlənməsi, mənəvi rahatlığın alınması və daxili harmoniyaya görə insana lazımdır.
Meditasiya 2 əsas yerə bölünür:
Meditativ transa girmək üçün dünyada bir çox üsullardan istifadə edirlər. Bunlara meditativ praktikalar deyilir. Bu praktikalar aşağıdakı amillərə bölünür:
Ədəbiyyatda meditativ vəziyyətə çatmaq üçün yüzlərlə üsullar qeyd edilib. Təcrübələr göstərib ki, bütün bu üsulları cəmləşdirən əsas monoton təkrar olunan hərəkətlərə dərindən fikir cəmləməkdir. Belə monoton hərəkətlər fiziki ola bilər, məsəlçün , Afrika tayfalarındakı ritual rəqslər, savaş incəsənətindəki məşqlər, təsbehi əllə oynatmaq (muncuqlarini hərəkətə gətirmək), mantranı (meditasiya üçün duayabənzər bir yarı-musiqili sözlər) səsləndirmək, tənəffüsə fikir cəmləmək və s. Psixi də ola bilər, təsəvvür də ola bilər, misəlçün, çakralara fikir cəmləmək, "astral bədənin" mövcudluğuna fikir vermək. Əsas məqsəd ətraf aləmə fikir verməmək və tam sakitliyə qapanmaqdır.
İnsan bədənində 7 əsas çakra vardır:
Belə çıxır ki, insan "aurası" deyilən şey, məhz bu çakraların cəmi rəngi və işığıdır. Boşuna deməyiblər ki, insanın emosiya və hissiyyatından asılı olaraq aurasının rəngi də dəyişilir. Elə bu çakralar da gördüyünüz kimi rənglərini dəyişə bilirlər.
Meditasiya zamanı, yəni insan çoxlu meditasiya etdikdən sonra onda 6-cı çakra açılır, "üçüncü gözü" görür. Bu göz açıldıqdan sonra bir daha heç vaxt bağlanmaz. Bu göz barədə ətraflı məlumat almaq üçün məlumatlarıma (kimin məlumatları?) daxil olub mövzularımın birindən "Üçüncü göz" barədə ətraflı oxuya bilərsiz. Bu göz vasitəsilə insanda 7-ci çakra açılır. İnsan bədənindən yuxudakı kimi bilməyərək deyil, artıq bilərəkdən ruhunu çıxardır. Bədənlə ruh arasında "qızıl ip" var ki, bu insanı ölməyə qoymaz və o ruh yenidən bədənə geri dönə bilər. İnsan meditasiya zamanı buraxdığı ruh ki var, "astral bədən" adlanır. O bədən vasitəsilə görmədiyiniz yerləri görmək, bilmədiyiniz şeyləri bilə bilərsiz.
Müxtəlif mədəniyyətlərdə meditasiyanın müxtəlif pozaları yaranmışdır. Amma elmi cəhətdən meditasiyanın dərinliyinin pozadan asılı olmadığı təsdiq edilib. Ən məşhur poza budur: insan bardaş qurub oturur, başı bir az aşağıya baxır, beli tam düzdür, əlləri yanda açıq şəkildədir, baş və çeçələ barmağın ucları bir-birinə dəyir. Uzunmüddətli meditasiya zamanı, yəni bütün növ fikirlər yox olduqdan sonra, istəklər və özünü dərketmə hissi yox olduqdan sonra, tənəffüs demək olar ki, yox olur, dərin sakitlik vəziyyəti yaranır, insanın daxili dərketmə və düşüncəsinə sanki işıq düşür, bu insana xoş hisslər yaradır. Bu vəziyyətdə insan çox uzun müddət qala bilər, ətraf aləmi düşünməməyə və hiss etməyə bilər.
Meditasiya insanı bir çox xəstəliklərdən də sağalda bilir. Bunu belə izah etmək olar: insan daima energiya itirir, bu energiya itkisi bədənin müəyyən yerlərində nasazlıqlar yaradır, beləliklə insanda xəstəliklər meydana gəlir. Meditasiya zamanı isə insan nirvanada olur, yəni kainata qoşulur, kainat insana öz sonsuz enerjisini verir. Başdan aşağı bütün bədənə enerji daxil olur. Bədən qidalanır. Xəstə olan yerlər meditasiya zamanı göynəyə də bilir. Bu o deməkdir ki, enerji cəhətdən ac qalmış bədənin müəyyən nöqtələri enerji ilə qidalanır və xəstəliklər bununla yox olur.
Meditasiya insanı dinini dəyişməyə sövq etmir. Meditativ biliklərə əsasən, biz hamımız, yəni ruhumuz kainatda olan mənbədən gəlib. Bu həyatdakı məqsədimiz bütün dinlərdə deyildiyi kimi (Satanizmdən başqa) yalnız yaxşı hərəkətlər və yaxşı düşüncələr etməliyik. Amma ən əsas məqsədimiz gəldiyimiz mənbəyə geri yolu tapmaqdır. Deyilənə görə, meditasiya məhz bunun üçün insana lazımdır. Bu zaman insan o yerə geri yolu tapır. Öldüyü zaman isə, o yolu tapmayanların ruhu yerdə azıb qalır, o yolu həyatında tapmış insanların ruhu isə öldükdən sonra yerdə məcburi qalmır və gəldiyi yerə geri dönə bilir.
Təbiət səsləri ilə → Video Meditasiya