Medvedyev süsəni

Iris paradoxa f. choschab — Süsənkimilər – (İridaceae Juss.) fəsiləsinə aid bitki növü.

Iris paradoxa f. choschab
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Iris paradoxa f. choschab
Beynəlxalq elmi adı

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür. 

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Kökümsovu qısa, sürünəndir. Gövdəsi 5—12 sm hündürlükdə, bir ədəd iri təpə çiçəklidir. Yarpaqları boz-göyümtül, ensiz – xətti, 2–3 mm enindədir. Təpə yarpaqları lansetvari, sivriləşmişdir. Çiçəkyanlığının borucuğu yumurtalıqdan qısadır, xarici hissələri xətti kürəkvari, qara – bənövşəyi, 3-4 sm uzunluğunda, 10–13 mm enində, daxildəkilər –iri, tərs –yumurtavari, ağ və ya mavi rəngli, göy-bənövşəyi damarlıdır. Tozcuqları sarımtıldır. Sütuncuğun hissəcikləri sarımtıl-qonur rəngli qonur ləkələrlə, dilimləri küt, diş-dişdir.[1][2][3]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Aprel ayında çiçəkləyir, may ayında toxumlayır, orta dağ qurşağında quru, daşlı yamaclarda rast gəlinir. Çoxalması kökümsov və ya toxumladır. Mezokserofitdir. Dekorativ bitkidir.[2]

Diabar (əsasən Lerik rayonu və Qosmalyan kəndinin ətrafında).[2][4]

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın vəziyyətinin pisləşməsi və təbii bərpanın ətraf mühitin dəyişilməsindən asılılığı müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Antropogen amillər (növün bəzək bitkisi kimi yığılması, otarılma, tapdalanma), ətraf mühitin sərt amillərinə həssaslıq və zəif təkrarlanması.[5]

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Mühafizəsi üçün xüsusi tədbirlər görülməyib. Yayılma yerlərində antropogen təsirləri azaltmaq məqsədilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, soğanaq və toxumların toxum bankında saxlanılması təklif olunur.

  1. Гроссгейм А.А., 1940
  2. 1 2 3 Флора Азербайджана, 1952
  3. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  4. Məmmədov Q., Yusifov E., Xlilov M., Kərimov V., 2012
  5. "Arxivlənmiş surət". 2017-05-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-27.