Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Megafun Əyləncə Mərkəzi — 30 000 m² sahəsi, 17 coğrafi zonası ilə Avropanın ən böyük qapalı əyləncə mərkəzi. Əyləncə mərkəzində 300-ə yaxın mexaniki attraksionlar, oyun aparatları və hər yaşa, hər zövqə uyğun əyləncə növü vardır. Habelə 35-ə yaxın restoran, kafelər və mağazalar fəaliyyət göstərir.
Əyləncə mərkəzi 2002-ci ildən əsası qoyulan Yeni Həyat Şirkətlər Qrupuna daxildir. İnşaat sektorunun liderlərindən olan Yeni Həyat memarlıq və keyfiyyət baxımından Bakının ən çox rəğbət görən bir neçə komplekslərinin müəllifidir. Bunların arasında “Yeni Hayat Residence”, “Yeni Hayat Plaza”, “Azure” komplekslərinin adları xüsusilə vurğulana bilər. Hal-hazırda şirkət bir neçə mühüm inşaat obyektlərinin inşasını həyata keçirməkdədir. Bunlar “Park Azure”, “Grand Hayat” və “Hayat Palace” yaşayış kompleksləridir.
Daim yenilənən, müasirləşən Yeni Həyat ənənəsinə sadiq qalan Megafun 2013-ci ilin dekabrın 24-də özünün 1 yaşında iki dəfə böyüyərək “Azure” kompleksin 3 mərtəbəsini əhatə etdi. Yenilənən Megafun hal-hazırda 17 coğrafi zonadan ibarətdir. Ümumi sahəsi 30000 m2-ə çatmışdır.
Artıq burada kiçik qonaqlar üçün karusel və yelləncəklərlə bərabər, Magic Jungle adlı Bakının ən böyük güzgülü labirinti, 7 nəhəng dinozavrı ilə uşaqları nağıllar aləminə qərq edən DinoPark və yüzlərlə yeni attraksion və oyun aparatı ilə “ Megafun” böyükdən kiçiyə hər kəsin ən sevdiyi əyləncə obyektinə çevrilmişdir.
Megafun Əyləncə Mərkəzi həftəiçi günlər saat 14:00-dan 23:00-dək, şənbə və bazar günləri (bayram və qeyri-iş günləri) isə saat 11:00-dan 23:00-dək fəaliyyət göstərir.
Megafun Əyləncə Mərkəzinə giriş ödənişsizdir.
Attraksion və əyləncə vasitələrindən istifadə etmək üçün 1 növ kartımız mövcuddur: Balans kartı.
2012-ci ildə yaranmasının 10-cu ildönümündə Yeni Həyat Şirkətlər Qrupu Azure kompleksində Avropanın ən böyük Qapalı Əyləncə Mərkəzi “Megafun”-ın fəaliyyətinə start verdi. Açılış müddətində əyləncə mərkəzi kompleksin sadəcə 3-cü mərtəbəsində məskunlaşaraq 200-dən çox attraksion, oyun aparatı, təbii buz meydançası, Bakıda ən böyük boulinq (14-ü böyüklər, 2-si uşaqlar üçün olmaqla cəmi 16 xətli), 4,5 və 6D kinoteatrlar, lazer oyunları, qorxu tuneli, toqquşan maşınlar, qayıqlar və daha bir çox digər əyləncə vasitələrindən ibarət idi.
Megafunda attraksion və oyunlardan istifadə kart vasitəsi ilə tənzimlənir. Megafunda bir kart növü mövcuddur. Balans Kartı.
Ətraflı məlumat: (012) 922
Ulduzum abunəçiləri *5555#YES yığaraq əldə etdikləri promokodu Megafun kassasına təqdim edib bu endirimləri qazanacaqlar:
10 AZN yükləyənə oyun qiymətinə 30% endirim;
20 AZN yükləyənə 20 AZN-lik oyun hədiyyə;
30 AZN yükləyənə oyun qiymətinə 50% endirim + 15 oyun hədiyyə verilir.
QEYD: Verilən endirimlər və hədiyyə oyunlar 15 gün sonra silinir.
Hədiyyə oyunlara 1 AZN-lik 10 oyun daxildir.
Böyük boulinq xaric.
Megafun kartına yüklənilən məbləğə görə oyun qiymətinə endirim edilir və hədiyyə oyunlar verilir.
20 AZN yükləyənə oyun qiymətinə 50% endirim edilir.
30 AZN yükləyənə oyun qiymətinə 50% endirim edilir+ 10 oyun hədiyyə verilir.
QEYD: Verilən endirimlər və hədiyyə oyunlar 15 gün sonra silinir.
Hədiyyə oyunlara 1 AZN-lik 10 oyun daxildir.
Böyük boulinq xaric
Megafun ənənəsinə sadiq qalaraq “Əlaçı” kampaniyasına davam edir.
Megafun Əyləncə Mərkəzi 2013-cü ildən başladığı “megafunlı Əlaçı” sosial layihəsinə hər il olduğu kimi bu il də davam edir. Bu layihə ilə Megafun ölkəmizin gələcəyi olan şagirdlərimizi dərs proqramlarını yaxşı mənimsəmələrinə daha çox təşviq edir.
Layihədə iştirak etmək üçün şərtlər aşağıdakı kimidir:
Oxuduğu məktəbdən, sinfindən asılı olmayaraq məktəbli əvvəlcə dərsinə yaxşı hazırlaşır, o dərsdən “5″ əla qiyməti alır (bəzi liseylərdə 80+ və ya A qiyməti ola bilər) gündəliyi ilə birlikdə Megafuna gəlir, gündəliyindəki əla qiymətini bizim kassalara göstərir, Megafun onun qiymətini foto arxivə saldıqdan sonra o şagirdin yüklədiyi məbləğin iki qatı əyləncə əldə edir.
Kampaniyada yalnız cari dərs ilinə aid qiymətlər dəyərləndirilə bilər.
Azərbycan, Bakı, Nobel prospekti 15, AZ 1025. Xətai M/S dən Megafuna gəzərək gələ bilərsiniz.
Hər gün saat 13:00 axşam 22:00 qədər Koroğlu M/S, Nərimanov M/S və 28 may M/S-in qarşısından Megafuna pulsuz avtobuslarımızdan istifadə edərək gələ bilərsiniz.
(+ 994 12) 922
[[1]]