Sultanov Mehdi bəy (1880-1937) — Azərbaycanın Xalq Cümhuriyyəti ordusunun zabiti, polkovnik.
Mehdi bəy Sultanzadə | |
---|---|
Sultanov Mehdi bəy Eynalı bəy oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Atası | Eynəli bəy Sultanov |
Fəaliyyəti | hərbi qulluqçu |
1880-ci ildə Gəncədə anadan olub. Cümhuriyyət ordusunun sıralarında 1918-ci ildən xidmət edirdi. 1919-cu il yanvarın 4-də hərbi nazirin əmri ilə podpolkovnik Sultanov Ləki topçu anbarının rəisi təyin edildi. Azərbaycan Hökumətinin 1919-cu il 24 noyabr tarixli qərarı ilə ona polkovnik rütbəsi verilmişdi. Hərbi nazirin 1920-ci il 9 yanvar tarixli əmri ilə o, 6-cı Göyçay piyada alayının komandiri təyin edilmişdi. Altıncı Göyçay piyada polkunun (Bayılda yerləşirdi – Ş.N.) komandiri. 1920-ci ildə bolşevik istilasından sonra Azərbaycan diviziyasında üçüncü alayın komandiri olmuşdur. 1926-cı ildə Gəncədə gizli fəaliyyət göstərən müsavat hərbi təşkilatının üzvü olduğuna görə on il müddətinə Solovetsk həbs düşərgəsinə sürgün edilmişdir. 1937-ci il iyulun 26-da Azərbaycan Xalq Daxili İşlər Komissarlığı xüsusi üçlüyünün qərarı ilə güllələnmişdir.