Abdullayev Mehman Qəhrəman oğlu (2 fevral 1958, Göyçay) — Azərbaycan tarixçisi, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent, BDU-nun Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri.
Mehman Abdullayev 2 fevral 1958-ci ildə Göyçay şəhərində anadan olub. Ağdaş kənd təsərrüfatı texnikumunda müəllim və fənn komissiyasının sədri (1980–1985), BDU-nun Tarix fakültəsinin "Azərbaycanın qədim və orta əsrlər tarixi" kafedrasında laborant (1985), baş laborant (1987), müəllim (1990), baş müəllim (1993), dosent (1996), BDU-nun Tarix fakültəsinin "Azərbaycan tarixi" (təbiət fakültələri üzrə) kafedrasında müdir əvəzi (2004–2006), müdir (2006-hal hazırda) vəzifələrində işləyib. "Xanlıqlar və rus müstəmləkəçiliyi dövründə Şimali Azərbaycanda aqrar münasibətlər" mövzusunda dərs deyir.
30 məqalə, 1 monoqrafiya, 8 kitabın müəllifidir.
- XIX əsrin 20–30-cu illərində Şimali Azərbaycanın dövlət kəndində rus çarizminin maliyyə siyasəti "Tarix və onun problemləri"jurn.,2001, I sayı
- Şimali Azərbaycanın Rusiya tərəfindən işğalının başlanması. Kürəkcay müqaviləsi (Müqavilənin bağlanmasının 200 illiyinə) "Tarix və onun problemləri"jurnalı, 2005, II sayı
- XVIII əsrin II yarısı-XIX əsrin ortalarında Azərbaycanda vəqf institutu(Qarabağa aid materiallar əsasında) Bakı Universitetinin Xəbərləri(humanitar elmlər seriyası). Bakı, 2007, sayı 1
- Naxçıvan xanlığına aid kəngərli sənədlərində mülk torpaq sahibliyinin xüsusiyyətləri. "Azərbaycan tarixinin aktual problemləri" adlı elmi metodiki konfransı "Tarix və onun problemləri"jurnalı, 2007, III sayı
- Rusiya İmperiyasının Azərbaycanda müstəmləkə siyasətinin bəzi aspektləri (XIX əsrin ilk onillikləri) // "Geostrategiya" № 1, Yanvar-fevral 2013,
- Azərbaycan Səfəvi Dövlətinin Tarixinə Bir Baxış: Tariximizin şanlı səhifəsi və Qürur Mənbəyimiz // TQDK. Abituriyent jurnalı № 2, 2013
- Вакфная земельная собственность в Азербайджане в период ханств: "Хабаршы" тарих сериясы, Вестник Казахский Национальный Университет имени Аль- Фараби № 2 (69)2013
- 1918-ci ilin Mart soyqırımı — Təhsil jurnalı № 03, 2014
- (http://www,sciencepublishinggroup.com/j/history) Wakf in the socio-ekonomic structure of Azerbaijan, the place of Wakf property (on the basis of archival materials of Etchmiadzin monastery)
- Xanlıqları Döründə Azərbaycanda Ali Zümrənin tərkibi və statusu. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın Materialları, 21–23 may 2018 il s. 372–377.
- Azərbaycan tarixi 9-cu sinif test tapşırıqları,2003
- Xanlıqlar və Rus müstəmləkəçiliyi dövründə Şimali Azərbaycanda aqrar münasibətlər (XIX əsrin 40-cı illərinə qədər),2005
- Tarix. Qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün,2006
- "Истрия". Учебное пособие для абитуриентов,учащихся старших классов и преподователей,2007
- Tarix. Qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün dərs vəsaiti,2007
- Qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün dərs vəsaiti,2007
- Azərbaycan tarixi. Test tapşırıqları. 9-cu sinif. Dərs vəsaiti,2007
- "Tarix" Qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsait. Dərs vəsaiti. Abituriyent jurnalının xüsusi buraxılışı. Bakı, 2013, Həmmüəllif.
- "Tarix" vəsaitinə əlavə. Terminlərin izahlı lüğəti və xronologiya. Qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsait. Dərs vəsaiti. Abituriyent jurnalının xüsusi buraxılışı. Bakı, 2013, 20 ç.v., Həmmüəllif
- Azərbaycan tarixi. Dərs vəsaiti. Test tapşırıqları. 8-ci sinif Orta ümumtəhsil məktəbləri üçün. Bakı, 2013, 10 ç.v.həmmüəllif
- Azərbaycan tarixi. Test tapşırıqları. 9-cu sinif. Orta ümumtəhsil məktəbləri üçün . Dərs vəsaiti, Bakı, 2013, 11 ç.v. həmmüəllif
- Azərbaycan tarixi (ən qədim zamanlardan — XXI əsrin ilk onillilərinədək) dərslik Бакы,2014. Елми редактору, həmmüəllfdir.
- Azərbaycan tarixi üzrə dərslik — test tapşırıqları 9-cu sinif üçün Бакы,2014 həmüəllifdir
- История (пособие для абитуриентов,учащихся старших классов и преподавателей) Бакы,2014,
- Azərbaycan tarixi (ən qədim zamanlardan XXI əsrin ilk onilləklərinədək) dərslik, yeniləmiş 3-cü nəşr. Bakı, 2015, Elmi redaktoru, həmmüəllif 23, 75
- Azərbaycan xalqının etnogenezində qıpçaqların yeri. Dərs vəsaiti. Bakı, 2015, 14 ç.v. elmi redaktor
- Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə olunmasında türk qızılbaş əyanlarının rolu. Bakı, 2015. 21 ç.v. rəyçi
- Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə olunmasında türk qızılbaş əyanlarının rolu. Bakı, 2015. 21 ç.v. rəyçi
- "Azərbaycan Albaniyasının Qərb torpaqları antik dövrdə" t.ü.f.d. elmi dərəcəsi almaq üçün aparıcı müəssisə rəyi. 2015
- Azərbaycan tarixinin öyrənilməsindən bədii ədəbiyyat mənbə kimi (XIX əsrin II yarısı Şimalı Azərbaycan bədii ədəbiyyat üzrə) dərs vəsaiti. Bakı. 2016. Elmi redaktor.
- XI–XIII əsrin əvvəllərində Azərbaycanın sosial-iqtisadi və mədəni heyatı-mövzusunda ixtisas kursu üzrə proqram. ç.v. 1 Bakı, 2016-cı il Elmi redaktor.
- Azərbaycan xanlıqlarında ali zümrənin say tərkibi (Quba, Bakı, İrəvan və Naxçıvan aid materiallar əsasında). Dünya Azərbaycanlılar: Tarix və Müasirlik (Elmi nəzəri toplu) IV Buraxılış. 210.s. 98–116. 2016.
- Azərbaycan Səfəvilər Dövləti (XVI–XVII əsrlər) Dərs vəsaiti. Bakı, 2016.
Mehman Abdullayev bsu.edu.az saytında