Mehman Muradov (azərb. Muradov Mehman Əsəd oğlu; 21 noyabr 1961, Göyçay rayonu – 20 yanvar 1990, Bakı) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.
Mehman Muradov | |
---|---|
Muradov Mehman Əsəd oğlu | |
Doğum tarixi | 21 noyabr 1961 |
Doğum yeri | |
Vəfat tarixi | 20 yanvar 1990 (28 yaşında) |
Vəfat yeri |
1961-ci ildə Göyçayda anadan olub. 1981-ci ildən "Azərelektroterm" Elm İstehsal Birliyində fəhlə işləyib. 1986-cı ildə İnşaat mühəndisləri institutunu bitirib. 1989-cu ildən birliyin təmir-tikinti idarəsində iş icraçısı işləyib. 1985-ci ildən Sov. İKP üzvü olub. 1989-cu ilin iyul ayında ailə qurmuşdu. Yanvarın 20-də səhər barrikadalarda meyidlərin bir çoxu hələ yerdə idi və aparmağa icazə verilmirdi. Götürmək istəyəni də vururdular… "Azərelektroterm" Elm İstehsal Birliyinin bir qrup işçisi, o cümlədən Muradov Mehman, İsmayılov Vahid, Abdiyev Fikrət, Bədəlov Məmməd, Bədəlov Əliyar və Ağayev Vasif avtovağzal rayonundan Salyan qazarması istiqamətinə [təxminən saat 15 radələrində] gedərkən qazarmanın giriş qapısının yaxınlığında bir nəfəri güllələyiblər. Sonra Mehman yıxılıb, biri onu qaldırmaq istəyib, onu da vurublar. Ancaq bir neçə saatdan sonra onu xəstəxanaya gətirə biliblər. Həmin gün vəfat edib.
Güzdək qəsəbəsi, Hüseynzadə küçəsi 7.