Mehmet Görməz

Mehmet Görməz (1 yanvar 1959, Nizip[d], Qaziantep ili) — Türkiyənin din və diyanət başqanı.

Mehmet Görməz
türk. Mehmet Görmez
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1959(1959-01-01) (65 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti imam, üləma, universitet müəllimi[d]
Uşağı 3
Dini islam
mehmetgormez.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1959-cu ildə Qazıəntəpdə dünyaya göz açıb. İlk təhsilini Nizipdə, orta məktəbi isə doğulduğu şəhərin İmam-Xətib Litseyində başa vurub. 1983-cü ildə Ankara Universitetinin İlahiyyat fakültəsində ali təhsilini davam etdirib. Təhsilini davam etdirməklə yanaşı, ilk əvvəl Kırıkkala bölgəsində Quran kursunda dərs demiş, daha sonralar Ankaranın müxtəlif qəsəbələrində imam və vaiz vəzifəsində işləmişdir. 1987-ci ildə bakalavr pilləsini başa vuran Görməz, Ankara Universitetinin İlahiyyat fakültəsinin Hədis bölməsində doktorluq dissertasiyasını yazmağa başlayır.

1988-ci ildə bir müddət Qahirə Universitetində araşdırma və tədqiqatlarını davam etdirir. 1990-cı ildə "Musa Carullah Bigiyev, həyatı, fikirləri və əsərləri" adlı dissertasiya işini başa vurur və doktoranturaya daxil olur. 1994-cü ildə "Sünnə və hədisin başa düşülməsi və izahında metodologiya problemi" adlı dissertasiyası ilə doktor pilləsini də başa vurur. Bununla yanaşı, yazdığı dissertasiya 1995-ci ildə Türkiyə Diyanət Vəqfi İslam Araşdırmaları Birincilik mükafatı ilə təltif olunur.

1995–97-ci illərdə Əhməd Yesevi Universiteti İlahiyyat fakültəsində dərs deməyə başlayır. 1998-ci ildə tədqiqat məqsədi ilə İngiltərəyə gedir. Elə həmin il dosent köməkçisi, 1999-cu ildə dosent, 2006-cı ildə professor elmi dərəcəsini alır.

2001–2003-cü ildə Hacəttəpə Universitetində dərslərə başlayır. Ankara Universitetinin İlahiyyat fakültəsində müəllim, 2003-cü ildə Diyanət İşləri Nazirinin müavini, 2010-cu ildə isə Diyanət İşləri naziri təyin edilir. Ərəb və ingilis dillərini bilir. Ailəlidir, 3 uşağı var.

  • Universitet və digər təhsil ocaqlarında aşağıdakı ixtisaslardan dərs deyib:

Hədis, Hədis mətinləri, Sünnə və hədisin başa düşülməsi, Əxlaq və hədis, Hədisin təhlil edilməsində semantik məqamlar, Təxric metodu, Şərqşünaslıq və hədis

  1. Sünnə və Hədisin Aktual Dəyəri
  2. Qəzaliyə görə sünnə, hədis və izahı
  3. Sünnə və hədisin başa düşülməsi və izahında metodologiya problemi
  4. İslam dininin əsas mənbələri

Tərcümə etdiyi əsərlər

[redaktə | mənbəni redaktə et]
  1. Musa Carullahın "Sünnə" kitabı
  2. Məhəmməd Əbu Şəhbənin "Sünnəni müdafiə" adlı iki cildli əsəri
  3. İmam Əhməd ibni Hənbəlin "Zühd" kitabı.

Xarici dildə dərc edilən əsərləri

[redaktə | mənbəni redaktə et]
  1. "Musa Carullah Bigiyev" adlı əsəri Rus dilində 2003-cü ildə Kazanda nəşr edilmişdir.

Xarici dildə dərc edilmiş məqaləsi

[redaktə | mənbəni redaktə et]
  1. Sünnə və hədisin başa düşülməsi və izahında metodologiya problemi" adlı məqaləsi 2004-cü ildə ərəb dilində dərc edilmişdir.

Tərcümə etdiyi məqalələr

[redaktə | mənbəni redaktə et]
  1. İslam araşdırmalarında hədisin əhəmiyyəti (İngilis dilində)
  2. Yarımçıq fəqih dini yıxar
  3. Əsrimizdə təriqət və məzhəblərin başa düşülməsi (Ərəb dilində)
  4. İslamda təhsil (İngilis dilində)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]