Mehmet Kaplan

Mehmet Qaplan (türk. Mehmet Kaplan; 18 iyul 1971[1], Qaziantep) — Türkəsilli İsveçli siyasətçi. İsveç Parlamentinin millət vəkili. Yaşıllar Partiyasının Məclis qrup sədri və idarə heyətinin üzvü.

Mehmet Kaplan
isv. Mehmet Kaplan
Şəxsi məlumatlar
Doğum tarixi 18 iyul 1971(1971-07-18)[1] (53 yaş)
Doğum yeri
Partiya
  • Yaşıl Partiya (İsveç)[d]
Fəaliyyəti siyasətçi
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bir yaşında olarkən ailəsi İsveç Krallığına köçüb. 1992-ci ildə Krallığın Texnologiya İnstitutunun şəhər planlama və ətraf üzrə ixtisasından təhsil alıb. 1995-ci ildə Stokholm Unveristetinin siyasi elmlər və psixologiya üzrə təhsil alıb. Türk, isveç və ingilis dillərini bilir.

Evlidir. İki övladı var.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1997-ci ildə Yaşıllar Partiyasının gənclər təşkilatına üzv olub.
  • 2003-cü ildə partiyanın MKYK üzv olub.
  • Hər il keçirilən konqreslər seçkilərində etimad qazanaraq partiyanın idarə heyətinin üzvü seçilib.
  • 2006-ci ildə İsveç Parlamentinə keçirilən seçkilərdə partiyanın Stokholm şəhərindən millət vəkili seçilib.
  • 2009-cu ildə Yaşıllar Partiyasının Məclis qrupunun ayri-seçkilik və inteqrasiya məsələləri üzrə təmsilçisi olub.
  • 2010-cu ildə seçkilərdə təkrar millət vəkili seçilib.

Siyasi vəzifələri

[redaktə | mənbəni redaktə et]
  • 2010 yılından itibaren İsveç Parlamentdində Yaşıllar Partiyasının məclis qrup rəhbəri seçilib.
  • 2006-ci ildən eitbarən İsveç Parlamentinin Avropa Birliyi komissiyasının üzvü olub.

Keçmişdə tutduğu siyasi vəzifələri

[redaktə | mənbəni redaktə et]
  • 2009–2010-ci illərdə İsveç parlamentinin xarici işlər komissiyasının üzvü,
  • 2006–2010-cü illərdə Ədalət Komissiyasının üzvü,
  • 2003–2006-ci illərdə Stokhlom Şəhər Bələdiyyəsinin sənaye və ticarət komissiyasının üzvü
  1. 1 2 Kaplan, Mehmet Güner // Sveriges befolkning 2000 (швед.). Sveriges Släktforskarförbund, 2020.