Mehmud Ali Xan (29 sentyabr 1932, Bombey, Britaniya Hindistanı – 23 iyul 2004, Pensilvaniya) – Mehmud kimi tanınan hindistanlı aktyor, rejissor, prodüserdir. O, qırx illik kinokaryerası ərzində 300-dən artıq filmdə çəkilib. O aktrisa və rəqqasə Mumtaz Alinin səkkiz uşaqdan ikincisi idi. Onun bacılarından biri Minu Mumtaz həmçinin Bollivudda tanınan rəqqasə və aktrisadır. Mehmut kinoda uşaq yaşlarından çəkilməyə başlayır. Onun ilk filmi 1943-cü ildə "Qismət" filmi olur. O aktyorluq karyerasına 10 yaşında Bimal Royanın "Do Bigha Zamin" filmindən başlayır. Mehmud dəfələrlə Filmfare mükafatına namizəd olsa da, "Dil Tera Diwana" filminə görə ən yaxşı ikinci dərəcəli aktyor, "Pyar Kiye Jaa" (1967), "Vardaan" (1975) filmlərində üç dəfə ən yaxşı komik aktyor mükafatına sahib olur. Onun çəkildiyi ən məşhur filmlər arasında: "Zindagi" (1964), "Gumnaam" (1965), "Pyar Kiye Ja" (1966), "Love in Tokyo" (1966), "Patthar Ke Sanam (1967), "Padosan" (1968), Aankhen (1968), "Naya Zamana" (1971) və sair filmər var. Mehmud özünü nəinki aktyor, həmçinin rejissor kimi sınayıb. O rejissor qismində altı film çəkib. Onun ilk filmi "Bhoot Bungla" (1965), ən məşhur filmi isə "Kunwara Baap" (1974) filmi olub. Rejissor olduğu filmlərdə eyni zamanda aktyor kimi iştirak edib.
Mehmud | |
---|---|
Doğum tarixi | 29 sentyabr 1932 |
Doğum yeri | |
Vəfat tarixi | 23 iyul 2004 (71 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | tənəffüs yolları xəstəliyi[d] |
Fəaliyyəti | kinorejissor, film prodüseri, ssenarist, müğənni, kino aktyoru |
IMDb | ID0576454 |
Vikianbarda əlaqəli mediafayllar |