Mehriban Şükürova (8 iyun 1984) — azərbaycanlı şahmatçı. İdmançı, 2000-ci ildə "FIDE"nin "Woman International Master" (WIM) titulunu qazanmışdır.
Mehriban Şükürova |
Ölkə |
|
Doğum tarixi |
8 iyun 1984(1984-06-08) (40 yaş) |
Titulu |
- Beynəlxalq Qadın Meyster[d][1]
|
Son reytinqi |
|
FİDE nömrəsi |
13401360 |
1990-2000-ci illərdə Mehriban Şükürova Azərbaycanın aparıcı qadın şahmatçılarından biri olub.
İdmançı, "Qadınların Şahmat Olimpiadaları"nda Azərbaycanı təmsil edib:[3]
- 1998-ci ildə Elistada keçirilən 33-cü Şahmat Olimpiadasında (qadınlar) üçüncü lövhədə (+8, =4, -1),
- 2000-ci ildə İstanbulda keçirilən 34-cü Şahmat Olimpiadasında (qadınlar) üçüncü lövhədə (+5, =3, -4),
- 2002-ci ildə Bleddə keçirilən 35-ci Şahmat Olimpiadasında (qadınlar) ikinci lövhədə (+5, =4, -4),
- 2004-cü ildə Kalvia şəhərində keçirilən 36-cı Şahmat Olimpiadasında (qadınlar) üçüncü lövhədə (+7, =4, -3).
O, həmçinin Avropa Qadınlar Komandası Şahmat Çempionatında Azərbaycan üçün çıxış edib:[4]
- 1999-cu ildə Batumidə keçirilən 3-cü Avropa Komanda Çempionatında (qadınlar) ikinci lövhədə (+5, =2, -2) komanda hesabında bürünc və iki fərdi qızıl medal qazanmışdır.
- 2001-ci ildə Leonda keçirilən 4-cü Avropa Komanda Çempionatında (qadınlar) ikinci lövhədə (+3, =4, -2).
Mehriban Şükürova, artıq 2008-ci ildən etibarən şahmat turnirlərində nadir hallarda iştirak etməyə başlayıb.