Mehriban Zeynalova

Mehriban Zeynalova — “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri[1].

Mehriban Zeynalova
Doğum tarixi (68 yaş)
Doğum yeri Gəncə, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri

Həyatı[redaktə | mənbəni redaktə et]

Mehriban Zeynalova 23 avqust 1955-ci ildə Gəncə şəhərində anadan olmuşdur.

1986-cı ildə Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnsititunu bitirib.

2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Siyasi Hüquq İnsititunda Fəlsəfə elmləri doktoru dərəcəsi almışdır.

2006-cı ildə Daxili İşlər Nazirliyi İnsan Alveri Qurbanları üçün Şeltorun direktoru təyin edilib.

2008-ci ilin martından etibarən Zərərin Azaldılması üçün QHT Şəbəkəsinin koordinatoru, İnsan Alveri və Potensial qurbanlar üçün profilaktika mərkəzinin koordinatoru və digər vəzifələrdə çalışır.

1998-ci ildən Qadın Hüquqlarının Müdafiəsi Assosasiyası yanında Dilarə Əliyeva adına "Təmiz Dünya" mərkəzinin rəhbəri, sonra isə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri olub[2].

Bir çox beynəlxalq, regional və yerli əhəmiyyətli təlimlərdə dinləyici, təlimçi və ekspert qismində iştirak edib. Bir neçə monoqrafiya və araşdırmanın müəllifidir.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "1998-ci ildən Qadın Hüquqlarının Müdafiəsi Assosasiyası yanında Dilarə Əliyeva adına "Təmiz Dünya" mərkəzinin rəhbəridir". 2016-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-20.
  2. ""Təmiz Dünya" Qadınlara yardım İctimai Birliyi- Bakı şəhəri, Səbail r-nu, Məmməd Əfəndiyev küç. ev 7, m.15". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-06.