Meksika məxluqu

Meksika məxluqu — 2007-ci ildə Meksikada bir fermerin qarşılaşarkən qorxduğu üçün suda boğduğu, sifəti insana, bədəni kərtənkələyə bənzəyən, Meksika və Kanadada uzun müddət laboratoriya analizlərində DNT-sı aşkarlana bilməyən qəribə məxluq.

İspan alimi Hose Antonio bu məxluqun DNT-sini öyrənə bilib. Onun hüceyrələrində nukleosit tapılıb. Alimə görə, bu, elmə məlum olmayan heyvan deyil, 99,99 faiz başqa planetlərdən gəlmiş bir canlıdır.

İspan alim bu yadplanetlinin göz və qulaq quruluşunu öyrənib. Məlum olub ki, onun insanla müqayisədə müdhiş duyma qabiliyyəti var.

Bu canlı ilə qarşılaşan meksikalı fermer keçirdiyi həyəcanın təsiri ilə onu bir neçə saat suyun altında saxlayıb. Həmin varlıq bir neçə saat suda yaşadıqdan sonra ölüb. Normal halda isə yer üzündə quruda yaşayan heç bir canlı bu qədər suda sağ qala bilmir.

Digər qəribə olay budur ki, bu məxluqu öldürən meksikalı fermer bir müddət sonra qəribə şəraitdə ölüb. Onun öz avtomobilində yanmış bədəni tapılıb. Məlum olub ki, avtomobil metalı əridəcək qədər istiliyin təsirinə məruz qalıb.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]