Melanosit stimuləedici hormon (MSH)

Melanosit stimuləedici hormon (MSH və ya intermedin) — hipofiz vəzinin orta payında əmələ gələn peptid hormondur. Bu hormon dəriyə, gözlərə, saça rəng verən melanin piqmentinin melanositlərdə sintezini təmin edir.[1] Xəstəliklərdən Adisson, diffuz toksik ur (zob) xəstəliyi, Nelson sindromu zamanı bu hormonun qanda miqdarı artır. Nəticədə dəri və selikli qişalar tündləşir.

  1. "Arxivlənmiş surət". 2014-07-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-26.