Melilit

Melilit qrupuminerallar

Melilit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Xüsusiyyətləri
Zolaq rəngi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Melilit qrupu - helenit-okermanit sülb məhlullar seriyasının aralıq üzvü. (Ca,Na)2 (Al, Mg) [(Si,Al)2O7]. Quruluşda [SiO4], [AlO4], [MgO4] tetraedrləri Ca-O ilə birləşən təbəqələr əmələ gətirir. Bəzən oksigen (OH)-la əvəz olunur. Sıranın son üzvlərinə aid olan minerallar nadir tapılır. Təbii melilit qrupu tərkibində, adətən, çoxlu dəmirli okermanit - Ca2Fe2+[Si2O7] olur. Tetraedr. Habitus lövhəvari, qısa sütunvari. İkiləşməsi {100} və {001} üzrə. Ayrılması {001} üzrə orta, {110} üzrə qeyri-mükəmməl. Aqreqatı: dənəvər, şüalı. Rəngsiz, sarı, boz, yaşıl. Sərtliyi 5-6. Xüsusi çəkisi 2,98-3,3. Alneit, bazalt, olivinitlərdə tapılır; əhəngdaşılarının qabbro ilə və hiperbazitlərin qələvi süxurlarla kontaktında rast gəlir. Növ: hardistonit.

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.