Melpomena Kurniçeva (bolq. Мелпомена Кърничева, mak. Мелпомена Крничева) — Bolqar inqilabçısı - terrorçu[2], Daxili Makedoniya-Odrinsk inqilabi təşkilatı üzvü[3], Daxili Makedoniya-Odrinsk inqilabi təşkilatı rəhbəri Vançe Mixaylovun həyat yoldaşı. Mença ləqəbi ilə tanınır. Milliyyətcə arumın olmuşdur.
Melpomena Kurniçeva | |
---|---|
bolq. Мелпомена Кърничева | |
Doğum tarixi | 16 mart 1900[1] |
Vəfat tarixi | 5 sentyabr 1964 (64 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | hərbi qulluqçu |
Vikianbarda əlaqəli mediafayllar |
Melpomena indiki Şimali Makedoniyanın Kruşevo şəhərində, Sofiyada biznesi olan arumın tacirin ailəsində anadan olub[4]. Onun ana nəslindən olan ulu babası türklər tərəfindən öldürülən Kruşevli bolqar keşişi idi[5].
1918-ci ildə Melpomena Münhendə təhsil alıb və görkəmli bolqar-makedoniyalı inqilabçı, sosialist və terrorçu Todor Panitsa dərnəyinin üzvü olub. Lakin Birinci Dünya müharibəsi bitdikdən sonra Bolqarıstana qayıdır. O, Makedoniyanın azadlığı uğrunda qadın hərəkatının fəalı olmuşdur.
Kominternlə sıx əlaqələri olduğundan Makedoniya hərəkatının sol qanadından məyus olan Mença Daxili Makedoniya-Odrinsk inqilabi təşkilatına qoşulur və təşkilatın rəhbərliyinə Vyanada sürgündə olan Panitsanı aradan götürməyi təklif edir.
Vyanaya gələn Kurniçeva qurbanının ailəsinin etibarına qazanır və 8 may 1925-ci ildə Panitsa Burqteatrda öldürülür.
Avstriya məhkəməsinin hökmü ilə Mença 8 il müddətinə azadlıqdan məhrum edilir, lakin ilin sonuna kimi Avstriya Ali Məhkəməsinin qərarı ilə səhhətinin pisləşməsi - vərəm və digər xəstəliklərə görə həbsdən azad edilir.
25 dekabr 1926-cı ildə Daxili Makedoniya-Odrinsk inqilabi təşkilatının rəhbəri Vançe Mixaylovla evlənir. Bəzi məlumatlara görə, Panitsanın öldürülməsi Mixaylov tərəfindən evlənmək üçün şərt idi.
1934-cü ildə əri ilə birlikdə Mença immiqrasiya etməli olur. Türkiyə, Polşa, Müstəqil Xorvatiya Dövləti, İspaniya və İtaliyada yaşayır. Sonda isə Romada xəstəlikdən dünyasını dəyişir.